Depressiya nədir?
Depressiya fərdlərin özünü psixoloji cəhətdən yaxşı hiss etmədiyi, çox uzun müddət davam edə bildiyi və gündəlik həyata təsir etdiyi psixoloji bir xəstəlikdir. Motivasiyanın olmaması, dəyərsizlik hissi, bədbinlik, bədbəxtlik, günahkarlıq, ölüm və intihar düşüncələri depressiyanın əlamətləridir. Depressiya diaqnozunun qoyulması üçün simptomlar ən azı iki həftə davam etməli və insanın əvvəlki fəaliyyət səviyyəsində dəyişiklik olmalıdır. Buna görə depressiya bir […]
Revmatoid artrit xəstəliyi nədir?
İltihabi revmatizm və ya revmatoid artrit oynaqlarda iltihaba səbəb olan, oynaq deformasiyası yaradan və onun funksionallığına təsir edən autoimmun və iltihablı bir xəstəlikdir. Revmatoid artritdə immunitet sistemi səhvən oynaqları əhatə edən hüceyrələrə hücum edir. Bədənin digər hissələrinə də təsir edə bilən revmatoid artrit ağrı, hərəkətin məhdudlaşdırılması, iş və ictimai həyata mənfi təsir kimi əlamətlərə səbəb […]
Bitki çaylarının hansı faydaları var?
Bitkilər tarix boyu müalicəvi məqsədlər üçün istifadə edilmişdir. Çay dərman qəbulunun ən qədim və sadə formalarından biridir. Onun üstünlüyü ondan ibarətdir ki, isti suda tez həll olunan faydalı kimyəvi maddələr ağızdan başlayaraq həzm sistemində asanlıqla sorulur. Bitki çaylarının faydaları onların tərkibində olan fitokimyəvi komponentlər, vitaminlər və minerallardan irəli gəlir. Təbii ki, bitki çaylarının təsirini möcüzəvi […]
Qaraciyərdə yaranan ağrıların səbəbləri nələrdir?
Qaraciyər ağrısı ümumi bir vəziyyətdir. Bu səbəbdən qaraciyər ağrısı yaşayan insanlar həkimə müraciət edərək qaraciyər ağrısının səbəbini araşdırırlar. Qaraciyər ağrısı bir çox səbəbə görə inkişaf edə bilər və internetdə ən çox araşdırılan ağrı növlərindən biridir. Qaraciyər ağrısı əslində qarının yuxarı hissəsinin sağ tərəfində hiss olunur. Bu ağrı zamanla arxa hissəyə, sağ çiyinə, qarın nahiyəsinə və ya […]
Uşaqlarda iştahsızlığın səbəbləri və müalicəsi
Qidalanma tənəffüsdən sonra ən vacib həyati fəaliyyətlərdən biridir və xüsusilə inkişaf prosesində olan körpələr və uşaqlar üçün kritik əhəmiyyətə malikdir. Aclıq hissi olaraq da xarakterizə edilən iştah bədənin metabolik fəaliyyətləri üçün lazım olan enerji qəbulunu tənzimləyən yemək istəyi olaraq təyin edilə bilər. Xüsusilə inkişaf dövründə meydana gələn iştahsızlıq doğru zamanda və lazımi müdaxilələrlə idarə olunmazsa […]
Boyun ağrısının səbəbləri və müalicəsi necədir?
Son günlərin aktual probleminə çevrilən boyun ağrıları insanlar üçün təhlükəli hala gəlib çıxıb. İnsanların tez-tez boyun ağrılarından şikayət etməsi heç də ürək açan bir vəziyyət deyil. Bəs bu cür problemlərin yaranma səbəbləri nədir? Boyun ağrılarının yaranma səbəbləri Texnologiyanın inkişaf etdiyi son dönəmlərdə insanların oturaq həyat tərzinə keçməsi və fiziki aktivliyin aşağı dərəcədə olması dayaq-hərəkət sistemimizin […]
Qızılca xəstəliyinin əlamətləri və müalicəsi necədir?
Qızılca virusun yaratdığı çox yoluxucu xəstəlikdir. Yoluxmuş şəxs nəfəs aldıqda, öskürdükdə və ya asqırdıqda bu xəstəlik asanlıqla yayılır və bu virus hətda ağır xəstəliklərə, ağırlaşmalara və hətta ölümə səbəb ola bilir. Qızılca hər kəsə təsir edə bilər, lakin ən çox uşaqlarda rast gəlinir. Qızılca tənəffüs yollarını yoluxdurur və sonra bütün bədənə yayılır. Simptomlara yüksək hərarət, […]
Suçiçəyi xəstəliyinin əlamətləri və müalicəsi necədir?
Suçiçəyi kəskin yoluxucu xəstəlikdir. Bu, herpesvirus qrupunun üzvü olan DNT virusu olan varicella-zoster virusu (VZV) tərəfindən törədilir. Kiçik, maye ilə dolu səpkilərlə qaşınma yaradır. Suçiçəyi xəstəliyi keçirməmiş və ya suçiçəyi peyvəndi olmamış insanlara çox asanlıqla yayılır. Əvvəllər suçiçəyi geniş yayılmış problem idi, lakin bu gün peyvənd uşaqları bu xəsəlikdən qoruyur. Suçiçəyi peyvəndi bu xəstəliyin və xəstəlik […]