RADİOLOGİYA
RADİOLOGİYA
Radiologiya tibbin müxtəlif cihazların köməyil ilə bir çox xəstəliklərin diaqnozunun qoyulduğu bir bölməsidir. Medera hospitalın Radiologiya şöbəsində aşağıdakı cihazların və radiologiya şöbəsi əməkdaşlarının (həkim-radioloq, texnisyənlər, xəstə məsləhətçisi) köməyi ilə bir komanda olaraq hər zaman pasientlərin xidmətindədir.
Radiologiya şöbəsi müasir tibbin tələblərinə cavab verən, ən müasir texnologiyalı rəqəmsal rentgen, , ultrasonoqrafiya (USM), kompüter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT) və angioqrafiya (DSA) cihazları ilə təchiz olunmuşdur. Bu cihazlar vasitəsi ilə Medera Hospitalında geniş spektrli müxtəlif diaqnostik müayinələr və müalicəvi invaziv müdaxilələr həyata keçirilir.
Medera Hospitalda mövcud radioloji sahələr:
- Maqnit – rezonans tomoqrafiyası — (GE BRİVO 355 , 1.5 tesla)
- Komputer tomoqrafiyası — ( 16 -detektorlu – 3D rekonstruktiya və virtual endoskopiya)
- Rentgenodiaqnostika — (GE XR 6000 rəqəmsal)
- Angioqrafiya və invaziv radioloji müdaxilələr
- Ultrasəs müayinəsi – (Philips epiq 7, Logic E 9 , Voluson E 8 3 D – 4 D , Portativ Logiq GE Vcan)
*Kompyuter tomoqrafiya
Kompyuter tomoqrafiya x-şüalarından (rentgen şüaları) istifadə edərək insan bədəninin müayinə olunan nahiyyəsinin kəsiksəl görüntüsünü əldə etməyə yönəlmiş müayinə metodudur. Müayinə zamanı xəstə kompyuter tomoqrafiya cihazının içərisində hərəkətsiz uzanır və alınan görüntülər kompyuter ekranında izlənilir. Aparılan müayinənin növündən asılı olaraq xəstəyə qol damarlarından kontrast maddə yeridilə və kontrast maddə içirdilə bilər.
*Maqnit Rezonans cihazımız “(GE BRİVO 355 )” 1,5 Tesla gücündədir. Şöbəmiz bütün MR koillərinə malikdir və bunların yardımı ilə bədənin istənilən hissəsinin keyfiyyətli görüntüsünü əldə etmək mümkündür.
*Kompüter Tomoqrafiya cihazı “ GE BRİGHTSPEED 16 -detektorlu” KT xüsusiyyətində olub, 15-30 saniyə ərzində incə kəsiklərlə görüntü əldə edilməsi və üçfəzalı görüntüləmə özəlliyi sayəsində həkimin qısa zaman ərzində pasientin sağlamlığı barədə ətraflı informasiya eldə etməsinə kömək edir. Xüsusilə üç-fəzalı KT görüntüləri sümüklərdə qırıq və anomaliyaların dəyərləndirilməsində son dərəcə vacib məlumatlar verə bilir.
*Şöbəmizdə mövcud Rentgenoskopiya cihazı rəqəmsal xüsusiyyətlidir. Mədə, nazik və yoğun bağırsaq, böyrək, sidik kisəsi, uşaqlıq və uşaqlıq borularının kontrastlı müayinəsi bu cihaz vasitəsi ilə yerinə yetirilir. Bu cihazdan eyni zamanda öd yollarının görüntülənməsində və müalicə proseduralarında (öd axarlarının drenləşdirilməsi və stent taxılması) istifadə olunur.
*Rentgen-GE angioqrafiya və invaziz müdaxilə kimi diaqnostik müayinələr peşəkar həkimlərimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir.
Şöbələr