Tibb üzrə fəlsəfə doktoru PhD,Dr.Elşad Mehdiyev – Medera Hospital

ÜNVANIMIZ

Bakı şəh. Əcəmi Naxçıvani 53

*992

Bizə zəng edin


Tibb üzrə fəlsəfə doktoru PhD,Dr.Elşad Mehdiyev

Medera Hospital


Psixiatriya

Tibb üzrə fəlsəfə doktoru PhD,Dr.Elşad Mehdiyev

İxtisas:   

Xarici dil biliyi: İngilis, Rus, Türk.

Adı, Soyadı

  • Tibb üzrə fəlsəfə doktoru PhD,Dr.Elşad Mehdiyev

Doğum yeri və tarixi:

  • 26 sentyabr 1963-cü ildə Gəncə şəhərində anadan olub.

Tibbi cəmiyyətlərə üzvlük:

  • Tibb üzrə fəlsəfə doktoru PhD,

  • Azərbaycan Psixiatriya Assosiasiyasının şüra üzvü

  • Dünya və Avropa psixiatriya assosiasiyalarının üzvü

  • 50-dək elmi əsərin müəllifi

  • Istefada olan tibb xidməti polkovniki

  • Elşad Mehdiyev

Təhsil:

  • 1980-1986-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun pediatriya fakultəsində ali təhsil alıb.

  • 1991-ci ildə 2 ay müddətində Ə.Əliyev adına ADHTİ-da “Psixiatriyanın seçmə məsələləri” adlı ixtisaslaşma kursunda olub.

  • 2003-cü ildə ixtisas artıma məqsədi ilə, 3 ay müddətində Türkiyə Respublikasında Gülhanə Hərbi Tibb Akademiyasında “Hərbi psixiatriya” ixtisası üzrə təkmilləşmə kursunda olmuşdur.

  • 16.02.2004 Prof.T.Gruettert-in “İnterpersonal psychoterapy of depression”- sertifikatı.

  • 23 -27 may 2016 “Help and Support for combat Stress  familiarization” US Army. Air Forces in Evrope

  • 1986-1987-ci illərdə Gəncə şəhəri ruhi-əsəb dispanserində “psixiatriya” ixtisası üzrə həkim-interna işləyib.

  • 1994-cü ilin may ayında 2022-ci ilin may ayınadək Silahlı Qüvvələrdə xidmət edib. Xidmət müddətində Gəncə hərbi hospitalınada qarnizonun baş psixonevroloqu və 1997-ci ildən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında 25 il müddətində Azərbaycan Ordusunun baş psixiatrı vəzifəsində xidmət edib. Silahlı Qüvvələrdə xidmətdə fərqləndiyinə görə, dəfələrlə “Fəxri fərman”la və 9 medalla təltif olunmuşdur.

  • I Qarabağ müharibəsində iştirak etmiş, hərbi qulluqçularda posttravmatik stress pozuntularının kliniki xüsusiyyətlərini, müalicə və reabilitasiya işlərini tədqiq edərək, 2010-cu ilin mart ayında namizədlik dissertasiyasını müdafiə edib və “tibb üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsi alıb. 2015-ci ildən Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında “İntihar davranışı” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.

  • 2012-ci ildə Çexiyanın paytaxtı Praqa şəhərində və 2013-cü ildə Fransanın Nisa şəhərində keçirilən XX və XXI Avropa Psixiatriya Konqresslərində ölkəmizi təmsil edib.

  • II Qarabağ müharibəsində xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə, 15.12.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

  • 50-dək elmi əsərləri (məqalə, tezis, metodik tövsiyyələr) və 2 monoqrafiyanın müəllifidir.

  •  

  • Social Şəbəkələr:

    appoinmentHƏKİMİN QƏBULUNA YAZIL

    Tibb üzrə fəlsəfə doktoru PhD,Dr.Elşad Mehdiyev


    Comments are closed.