Simptomlar-qadin-uz-qarin – Medera Hospital

ÜNVANIMIZ

Bakı şəh. Əcəmi Naxçıvani 53

*992

Bizə zəng edin

Simptomlar-qadin-uz-qarin

SİMPTOMLAR

Qəbzlik

Qəbzlik həzm sistemində tezt-tez rast gəlinən pozulmadır. Bir-çox hallarda bağırsaqlarda qidadan çox su sorulması nəticəsində yaranır.  Qida bağırsaqda nə qədər yavaş hərəkət edərsə, bağırsaq o qədər çox su sorur, nəticədə nəcis kütləsi quru və sərt formalaşır. Belə halda bağırsağı boşaltmaq çətinliklə baş verir.

Mümkün səbəblər

  • Qidada liflərin çatışmazlığı
  • Fiziki hərəkətsizlik
  • Bəzi dərman maddələri
  • Süd və süd məhsulları
  • Hamiləlik
  • Yaşlanma
  • İşlədicilərin həddən çox istifadəsi
  • Yetərincə su içilməməsi
  • Yoğun bağırsaqlarda çapıq toxumasl, divertikul, bağırsağın daralması
  • Bağırsağın hərəkətini yavaşıdan xəstəliklər: hipotireodizm, diabet, qırmızı qurdeşənəyi, skleroderma, xərçəng, Parkinson xəstəliyi,  dağınıq skleroz və s.

Müalicə

Bir-çox hallarda qəbzlik sağlamlıq üçün bir təhlükə olmadan öz-özünə keçib gedir. Təkrarlanan qəbzliyin müalicəsi əsasən həyat tərzini dəyişməklə, yəni daha çox aktivlik, lifli qida qəbulu, çoxlu maye qəbulu ilə həyata keçirilir.

İşlədici dərmanlar qəbzlik hallarının çoxunu uğurla müalicə edirlər, lakin yadda saxlamaq lazımdır ki, belə dərmanlar diqqətlə və yalnız məcbur olduqda istifadə olunmalıdır.

Bağırsaqlarda köp

Qida və ya maye qəbulu zamanı udduğumuz hava və bağırsaqlarda yaşayan mikroorqanizmlərin fəaliyyəti nəticəsində əmələ gələn qazlar bağırsaqlarda köp yaradır. Bu normal hal olduğu üçün qazlar çox olmur və insana heç bir narahatlıq verməyərək ağızdan və düz bağırsaqdan xaric olunur və ya qanın tərkibinə sovrulur.

Qazların normadan artıq olması isə patoloji bir prosesdir. Bu proses zamanı müxtəlif pozulmalar- qarın nahiyyəsində ağrı və ağırlıq, qarında qurultu, gəyirmə, süstlük inkişaf edir.

Bağırsaqlarda köpün yaranma səbəbləri:

  • qida və ya mayenin tez-tez qəbul olunması nəticəsində həddən artıq miqdarda havanın mədə-bağırsağa dolması.
  • kələm, noxud, lobya, alma, balqabaq, qarğıdalı, kartof, qoyun əti, qara çörək, süd, mayonez, qazlı içkilərin köp yaratması.
  • həzm prosesinin pozulması, fermentlərin çatışmazlığı, faydalı mikroorqanizmlərin miqdarının azalması, patoloji mikrofloranın artması, bağırsaqların sorulma funksiyasının pozulması.
  • bağırsaqların hərəkətliliyinin pozulması nəticəsində, qıcqırma prosesinin inkişaf etməsi.

Əgər siz bağırsaqlarda köp yaranmasından əziyyət çəkirsinizsə, qastroenteroloq həkimə müraciət edin. Köp müxtəlif və bəzən təhlükəli mədə-bağırsaq sistemi xəstəliklərin simptomu ola bilər.

Comments are closed.