FİZİOTERAPİYA – Medera Hospital

ÜNVANIMIZ

Bakı şəh. Əcəmi Naxçıvani 53

*992

Bizə zəng edin

FİZİOTERAPİYA

FİZİOTERAPİYA Həkimləri

 

Fizioterapiya xəstəliklərin müxtəlif  fiziki faktorlar  istifadə etməklə profilaktik üsuludur.  Fizioterapiya təbii amillərlə müalicə deməkdir.  Bir çox xəstəliklərin profilaktikasında çox gözəl vasitə olan bu üsul  bir qayda olaraq ağrısızdır,  allergik reaksiyalara səbəb olmur və yan təsirləri yoxdur .  Lakin bəzilərinin əks-göstərişləri vardır,  ona görə də müalicədən öncə həkimlə məsələhətləşmək lazımdır.  Ağır travmalar sonrası reabilitasiya və xroniki iltihabı proseslər zamanı fizioterapiya müalicənin ayrılmaz hissəsidir.  Fizioterapiya  həm bütün orqanizmə,  həm də ayrı nahiyələr üçün tətbiq oluna bilər.  Hansı prosedurun olacağı pasientin yaşından,  xəstəliyin dərəcəsindən asılıdır.

 

               

 

Bəzi xəstəliklər vardır ki,  onların müalicəsi zamanı fizioterapiyadan istifadə eləmək xəstəni cərrahi əməliyyatlardan xilas edir.

Ən son avadanlıqlarla təchiz olunmuş Medera Hospitalın Fizioterapiya şöbəsində çalışan mütəxəssislərimiz dünyanın bir sıra aparıcı ölkələrində tibbi təhsil almış və uzunmüddətli ixtisasartırma kurslarında bilik və bacarıqlarını təkmilləşdirmişdirlər. Sadalanan ən yüksək keyfiyyətləri özündə cəmləşdirən peşəkar həkimlərimiz tərəfindən  aparılan müalicələr klinik protokollara uyğun , kompleks şəkildə,  müasir fizioterapiyanın ən yeni metodları vasitəsi ilə həyata keçirilir. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edilir.  Klinikamızın Fizioterapiya şöbəsinin əsas məqsədi xəstələrin patologiyasına əsaslanaraq fiziki potensiallarını aşkara çıxarmaq, inkişaf etdirmək, normallaşdırmada vasitəçi olmaq və maksimum dərəcədə fərdilik qazandıraraq sosial həyata geri qaytarmaqdır.

Fizioterapiya müalicəsi biologiya, fizika, kimya, elektro-radiotexnika, biofizika, biokimya və kurort müalicələri ilə bağlı olan bir sahədir.
Müasir günümüzdə fizioterapiya müalicəsi ən təhlükəsiz müalicə vasitəsi hesab edilir. Fizioterapiya müalcəsi zamanı digər müalicələr kimi hər şey qeyd olunmalı və diqqətdə saxlanılmalıdır:

  • * xəstəliyin adı
  • * xəstəliyin ağırlıq dərəcəsi
  • * xəstəliyin tarixi və xəstənin vəziyyəti
  • * xəstənin yaşı, cinsi
  • * xəstənin fiziki və psixi xüsusiyyətləri
  • * xəstənin yaşayış yeri

Ginekologiya, urologiya və zöhrəvi xəstələrə fizioterapevtik müalicə tətbiq edildikdə onlara fərdi yanaşılır. Müalicənin müddəti xəstəliyin başlanma tarixindən və ağırlıq dərəcəsindən asılı olur. Hamilələrə və azyaşlı uşaqlar diqqətlə yanaşma tələb olunur.
Fizioterapevtik müalicə xəstənin sağalmasını sürətləndirir və onun nadir hallarda fəsadlar meydana gəlir.
Müalicə bədən tərbiyəsi xəstələrin sağalmasına müxtəlif idman hərəkərlərinin tətbiqi ilə fayda verir.
Massaj bədənin istənilən nahiyəsinə tətbiq edilməklə sağalmanı sürətləndirir. Müalicə məqsədilə müxtəlif massaj növlərindən  (vibrasiyalı, vakkumla, dairəvi, döyəcləmə və s.) istifadə edilir.

Fizioterapiya tibbin müalicə vasitələrindən biridir. Bu müalicə vasitələri şüalar və insan orqanizminə təbii faktorların süni yollarla tətbiq edilməsindən asılıdır. Fizioterapevtik müalicə üsullarından qədim dövrlrdən istifadə edilir. Fizioterapiya sahəsində aşağıdakı metodlardan istifadə edilir:

  • * hava vannalar
  • * su ilə müalicə
  • * mineral sularla müalicə
  • * süni günəş işığı vasitəsilə müalicə
  • * isti və ya soyuqla müalicə
  • * elektriklə müalicə
  • * elektromaqnitlə müalicə
  • * təzyiqlə müalicə (baroterapiya)
  • * mexaniki təsirlərlə müalicə
  • – massaj
  • – banka qoyma
  • – müalicə bədən tərbiyəsi
  • – buğa vermə

Fizioterapiyanın aşağıdakı şöbələri vardır:

  • * lazerlə müalicə
  • * diadinmoterapiya
  • * amplipulsterapiya
  • * transkranial və mikropolyarizasiya
  • * miostimulysiya
  • * müxtəlif nexaniki təsirlərlə qızdırıcı şüalanma
  • * krioperatiya

 Fizioterapiyanın yuxarıda sadalanan bütün şöbələrinin hərəsinin özünəməxsus müalicə üsulları vardır.
Fizioterapiya sahəsində geniş istifadə edilən elektrofarez və fonofarez müalicəsi isə fizioterpiya və farmokolgiya sahaləri arasında qalan müalicə vasitəsidir Belə ki, bu müalicə zamanı dərman preparatları insan orqanizminə elektriklə dəridən ötürülür. Müalicə zamanı dərialtı toxumalara ultrasəs və ya elektriklə dərman preparatlarının ötürülməsi dərman preparatlarının orqanizmin istənilən sahəsinə yerli olaraq tətbiq edilir.      

  • Fizioterapiya hansı xəstəliklərdə tətbiq olunur?

Bir çox xəstəliklərdə fizioterapiya tətbiq olunur.

  • – Tənəffüs sistemi – bronxitlər, obstruksiyalar, pnevmoniyalar, astmalar və s.;
  • – Lor xəstəlikləri – rinitlər,otitlər, tonzillitlər, faringit, laringit və s.;
  • – Stomatoloji xəstəliklərdə;
  • – Oftalmoloji xəstəliklərdə;
  • – Uroloji xəstəliklərdə;
  • – İnfeksion xəstəliklərdə – parotit, angina, kəskin respirator xəstəliklər;
  • – Oynaq, onurğa birləşdirici toxuma xəstəlikləri – osteoartroz, podaqra, artritlər, osteoxondrozlar, onurğanın degenerativ dəyişiklikləri, protruziyalar, yırtıqlar, travmatik zədələnmələr, əməliyyatdan öncə və sonrakı xəstələr, fibromialgiyalar, postur pozğunluqları, oskut-şlatter xəstəliyi və s;
  • – Yanıqlarda;
  • – Dəri xəstəliklərində;
  • – Sinir- əzələ xəstəliklərində – nevrozlar, miqren, reyno xəstəliyi, miopatiyalar, miostimulyasiyalar, parezlər və s;
  • – Pediatrik xəstəliklərdə – enurez, raxit – d vit hipovitominozu, skolioz, kifoz, lordoz, tez -tez xəstələnən uşaqlar, uşaq serebral iflicləri və s.
  • Fizioterapiyanın effektliyi haqqında
  • Dərman xəstəliyi və allergiya törətmir.
  • Fizioterapiyanın müalicə imkanları çox genişdir və müalicənin müddətini qısaldır. Bundan başqa, bir sıra dərman maddələrinin təsirini gücləndirir.
  • Digər orqan və toxumalarla yanaşı təsirinə rast gəlinməyib.
  • Fizioterapiyanın qeyri-invaziv üsulla aparılması da bu metodun üstünlüyündən xəbər verir.
  • Bu müalicə metodu ilə xroniki xəstəliklərin remissiya dövrünu uzatmaq, bilavasitə pataloji proses nahiyyəsinə təsir göstərmək mümkündür. İstifadəsi əhalinin əksəriyyəti tərəfindən əlverişlidir.
  • Fizioterapiyaya göstəriş və əks-göstərişlər
  • Fizioterapiya təyin olunan zaman xəstənin yaşi, cinsi, konstitusiyası, yanaşı xəstəliyin olub-olmaması,orqanlarının adaptasiya-kompensator mexanizmlərinin məşq olunma dərəcəsi, orqanizmin əsas funksiyalarının bioritmik aktivliyi və s.nəzərə alınmalıdır.
  • Prosedurlar təyin olunarkən xəstəyə induvidual yanaşılmalıdir. Yuxarıda da qeyd olunduğu kimi, bir xəstəliklərə göstərişdir.
  • Ümumi əks-göstərişlər isə bunlardır:
    – Qanın sistem xəstəliyi;
    – Kaxeksiya;
    – Hipertoniya 3-cü mərhələ;
    – Baş beyin damarlarının kəskin aterosklerozu;
    – Ürək-damar sistemi xəstəliklərinin dekompensasiya mərhələsi;
    – Qanaxma;
    – Xəstənin ümumi ağır vəziyyəti;
    – Qızdırma – bədən temperaturunun 38 dərəcədən yüksək olması;
    – Tez-tez tutmalarla müşayiət olunan epilepsiyalar;
    – İsteriya ağır forma – qıcolma tutmaları ilə;
    – Psixomotor oyanıqlıqlar;
    – Vərəm – açıq forması;
    – Bədxassəli şişlər.

 

 

                                   ?

Hospitalımızda ultrasəs, kombinə elektroterapiyası, endopress, elektrostimulyasiya, qısa dalğa, lazer, traksiya, hot pack, cold pack, maqnitoterapiya, balneoterapiya, tibbi masaj, manual terapiya, detoksikasiya, biopunktura, biorezonans, zərbə dalğa terapiyası kimi müalicə üsulları təqdim olunur.

 

Klinikanın Fizioterapiya  şöbəsində fəaliyyət göstərən  yüksək ixtisaslı peşəkar mütəxəssislər həftənin 6 günü saat 9 : 00 – 18 : 00 -a qədər Sizin xidmətinizdədir.

 

Comments are closed.