Laboratoriya – Medera Hospital

ÜNVANIMIZ

Bakı şəh. Əcəmi Naxçıvani 53

*992

Bizə zəng edin

Laboratoriya

Laboratoriya

“Medera Hospital”-ın laboratoriyası İSO 9001:2008, İSO 15189:2012 keyfiyyət və akreditasiya sertifikatlarını almış “Medera Hospital”-da müxtəlif növdə laborator müayinələr həyata keçirilir. Laboratoriya Yaponiya, ABŞ, Almaniya və s. ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuşdur.

 

         

Hər gün yüzlərlə pasientin müraciət etdiyi laboratoriyada, müayinələrin ayrıca təlimatı hazırlanır və analizlər həmin təlimat əsasında həyata keçirilir.

Sirr deyil ki, laborator müayinənin nəticələri yalnız analitik mərhələdən ibarət deyil. Düzgün nəticə əldə etmək üçün preanalitik, analitik və postanalitik inkişaf mərhələlərinə xüsusi diqqət yetirilməlidir. Belə ki, pasientin dəqiq və düzgün nəticə əldə etməsi üçün hər üç mərhələ düzgün təşkil olunmalı, nəticəyə təsir edə biləcək bütün məqamlar öncədən düşünülməli və aradan qaldırılmalıdır.

 

Preanalitik mərhələdə ən vacib  və həssas məqamlardan biri biomaterialın götürülmə şəraiti, onun analitik mərhələyə daxil olanadək saxlanılması və daşınması şərtlərinə düzgün əməl olunmasıdır. Hər bir müayinənin aparılması üçün biomaterialın götürülmə təlimatlarına ciddi riayət olunur. Müayinə materiallarının əldə edilməsi üçün ətraf mühit və personalla təmasda olmayan tam steril vakuumlu sistemlərdən istifadə olunur. Pasient üçün daha təhlükəsiz olan bu üsul,  həm də keyfiyyətli biomaterialın əldə edilməsini təmin edir. Avtomatlaşdırılmış ştrixkodlaşma sayəsində nümunələr  yalnız həmin pasientə məxsus olan kodla müzakirə olunur. Bu biomaterialların kodlaşdılırılması zamanı yarana biləcək səhvləri heçə  endirir aradan qaldırır.

Bundan sonra artıq müayinənin analitik mərhələsi başlayır. Bu mərhələdə keyfiyyətə təsir edə biləcək amillərin çoxluğu (müayinə aparılan avadanlıqların sazlığı, reaktivlərin keyfiyyəti, laboratoriya şəraiti və s.) nəzərə alınaraq müayinənin bütün mərhələləri beynəlxalq standartlar əsasında hazırlanmış  prosedur və təlimatlara ciddi riayət olunmaqla aparılır. Laboratoriyamızın hər üç bölməsində bütün müayinələrə hər gün, ehtiyac yaranarsa gün ərzində bir neçə dəfə kontrollar qoyulur.

 

İnteqrasiya sistemi vasitəsilə müayinə və analizlərin nəticələri birbaşa kompüter-məlumat bazasına daxil edilir. Müayinələrin nəticələri bir neçə yoxlama mərhələsindən keçir. İlkin nəticə həkim-laborantın nəzarətindən, II mərhələ laboratoriya müdirinin və III mərhələ keyfiyyət menecerinin nəzarətindən keçir ki, bu sistem biomaterialın götürülməsi anından başlayaraq, nəticələr hazır olana qədər hər bir materialın keçdiyi yolu yenidən izləyir. Yalnız bütün kriteriyalar üzrə nəzarətdən keçmiş nəticələr pasientə təqdim olunur.

Keyfiyyətə Nəzarət Şöbəsinin əsas fəaliyyət istiqaməti pasiyentlərə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsinin təmin edilməsinə, eyni zamanda işçi personalın əməyinin effektivliyinin yüksəldilməsinə yönəlmişdir. Medera Hospitalın keyfiyyət siyasəti ISO-9001:2008 və ISO 15189:2012 keyfiyyət standartlarına əsaslanır. Standartın tələblərinə uyğun olaraq, ildə iki dəfə həyata keçrilən bütün işlərin audit yoxlaması aparılır və bu yoxlamaların nəticələri protokollaşdırılır.

Xüsusi olaraq qeyd olunmalıdır ki, Keyfiyyətə Nəzarət Şöbəsi tərəfindən qurulmuş sistem əsasında Medera Hospitalda ən müasir informasiya texnologiyalarının tətbiqi ilə aparılan bütün müayinələr, analizlər, eləcə də həyata keçirilən digər işlər nəzarət kameraları vasitəsilə daimi izlənilir.

Keyfiyyətə Nəzarət Şöbəsi istifadə olunan avadanlıqlara ciddi nəzarət edir. Bu nəzarət həm Medera Hospitalın, həm də Dövlət Standartlaşdırma və Metrologiya Komitəsinin əməkdaşları tərəfindən ildə bir dəfə müvafiq qaydada test-yoxlamalar vasitəsilə həyata keçirilir.

Pasiyentlərdən daxil olan tövsiyyə və şikayətlər Keyfiyyətə Nəzarət Şöbəsi tərəfindən araşdırılır. Həmin müraciətlər əsasında daxili audit təşkil olunur və işin daha yüksək səviyyədə aparılması üçün zəruri tədbirlər planı hazırlanır. Həmçinin, fərdi pasiyentlər və korporativ müştərilər arasında məmnunluq sorğuları keçirilir. Məmnunluq anketində qeyd edilən istəklər əsasında yeni avadanlıqlar, texnologiyalar və reaktivlərin gətirilməsi ilə bağlı təkliflər paketi hazırlanır.

Şöbə laborator müayinələrin spektrinin genişləndirilməsi və müayinə çeşidlərini artırmaqla keyfiyyət sahəsində göstəricilərin yüksəldilməsinə istiqamətləndirilmiş tədbirlərin keçirilməsini hər zaman diqqət mərkəzində saxlayır. Bunun əsas məqsədi, tibb sahəsində olan yenilikləri Azərbaycan səhiyyə sistemində tətbiq etməkdir.

Medera Hospitalın pasiyentləri və işçi personalı arasında, eləcə də cəmiyyətdə yüksək etimad qazanılmasına nail olmaq, əməkdaşların ixtisasını artırmaq, fasiləsiz təlimlər təşkil etmək və rifah halının yüksəldilməsi məqsədilə görülən işlər Keyfiyyətə Nəzarət Şöbəsinin fəaliyyətində mühüm yer tutur.

Göstərilən tibbi xidmətin keyfiyyəti və ümumi işin vahid bir orqanizm kimi fəaliyyət göstərməsi uğurun əsas amillərindəndir. Bu müstəvidə tibb personalının idarəetmə funksiyalarının sistemləşdirilməsi və optimallaşdırılması, tədarükçülərlə qarşılıqlı mənfəət əsasında münasibətlər yaratmaq, qabaqcıl texnologiya və tibbi avadanlıqların əldə edilməsi kimi mühüm məsələlər Keyfiyyətə Nəzarət Şöbəsinin əsas fəaliyyət istiqamətlərini təşkil edir.

* Nə üçün müxtəlif laboratoriyalarda referens dəyərləri  fərqli olur?

Referens dəyəri analizin cavabının qəbul olunan norması deməkdir.  Cavablar hazır olduqda bu referens dəyərlər ilə müqayisə edilir və normadan kənara çıxması təyin edilir.

Müxtəlif diaqnostik laboratoriyalar analizlərin işlənməsi üçün  geniş çeşidli analizatorlardan istifadə edirlər.  Məsələn biokimyəvi və immunokimyəvi analizlərin işləndiyi cihazların növü çoxdur və  istifadə edilən reagentlərin istehsalçıları da müxtəlifdir. Həmçinin analizin müayinə üsulları da fərqli laboratoriyalarda  bir-birindən  seçilə bilər. Bunların hamısı referens dəyərlərinin dəyişməsinə təsir edir.

Buna görə də hər bir laboratoriya cavab blankında  öz referens aralığını göstərir. Bu referens aralıqları təbii ki, beynəlxalq qəbul edilmiş standartlara əsaslanır.  Lakin bu zaman laboratoriyanın işinin özəlliyi də mütləq nəzərə alınır, yəni,  istifadə olunan cihazın spesifikası,  analizin aparılma üsulu, ölçü vahidi və s. Ona görə də eyni bir analizin referens aralığı müxtəlif laboratoriyalarda bir-birindən xeyli seçilə bilər. Vahid referens aralığı adlı bir anlayış yoxdur.

Laborator analizlərin nəticəsini qiymətləndirərkən müalicə həkimi  mütləq cavab blankında qeyd olunan laboratoriyanın referenslərini əsas götürməlidir.  Unutmayın, nəticələrin interpretasiyasının dəqiq olması, pasiyentin vəziyyətinin izlənməsi,  kontrol müayinələrin aparılması zamanı istək olunan analizin eyni üsulla və eyni laboratoriyada aparılması məqsədəuyğundur.

 

Comments are closed.