GİNEKOLOGİYA – Medera Hospital

ÜNVANIMIZ

Bakı şəh. Əcəmi Naxçıvani 53

*992

Bizə zəng edin

GİNEKOLOGİYA

GİNEKOLOGİYA

Hospitalımızın Ginekologiya bölümündə təhsillərini yüksək səviyyədə başa vurmuş və  fəaliyyət göstərdiyi sahələrində peşəkar  təcrübələri ilə seçilən , bütün  ginekoloji xəstəliklərin diaqnostikasında və müalicəsinİ həvəslə icra edən həkimlərimizin rəhbərliyi altında  chek- up müayinələr, hamiləliyin təqibi,  ginekoloji xəstəliklərin diaqnozunun təyini, ultrasəs müayinəsi,  qadın sonsuzluğu, Polikistik over sindromu, endometriozis, uşaqlıq miomaları ,sistosele, boru hamiləliyi, yumurtalıq kistaları, hamiləlik zamanı təkrar edən düşüklər , sidik qaçırma və  digər problemlərin profilaktikası və müalicəsi icra olunur.

Hər 10 qadından birində rast gəlinən və  geniş yayılmış Polikistik Over (PCOS) sindromu bir yumurtlama problemi olub  ,insulin səviyyələrinin artması ilə bağlı olaraq meydana gələn hormonal düzənsizliklər nəticəsində sonsuzluğa səbəb ola biləcək ciddi bir xəstəlikdir.  Klinikamızın bu xəstəlik sahəsində pasientlərə dəyərli məsləhətlər verən  mütəxəssisləri  Polikistik over xəstəliyində  fərdi və nizamlı müalicə tətbiq edərək Analıq arzusunda  olan qadınlarımızda hamiləlik şansını  yüksəldir.

Ginekoloji xəstəlik olan endometrioz endometrial vəzlər və stromanın (yəni uşaqlıq boşluğuna xas endometrial toxumanın) uşaqlıqdan kənar orqan və toxumalarda rast gəlməsinə deyilir. Endometrial toxumanın bu cür ektopik implantasiyası adətən çanaqda rast gəlinir, lakin insan bədəninin istənilən yerində də müşahidə edilə bilər. Ağrı endometriozun ən çox müşahidə edilən simptomudur. Simptomatik xəstələrin təxminən 3/4 hissəsində çanaqda ağrı və/və ya dismenorreya (ağrılı aybaşılar) müəyyən edilir.

Endometrioz nəticəsində sonsuzluğun inkişafı bir sıra səbəblərlə əlaqəlidir.  Belə ki, endometrioz nəticəsində çanaq daxilində adqeziyalar (bitişmələr) və endometriomaların əmələ gəlməsi səbəbindən qadın çanağının anatomik quruluşunun pozulması baş verir və ya bəzi maddələrin (məs., prostanoidlər, sitokinlər, böyümə faktorları) sekresiyası səbəbindən yumurtalıqların normal funksiyasına, ovulyasiyaya, fertilliyə və yumurtanın uşaqlıq divarına implantasiyasına maneə törədilir. Endometrioz və birincili sonsuzluğu olan qadınlarda yumurtalığın xərçəngi riski yüksək olur. Əgər Sizdə də sadalanan əlamətlərin simptomları varsa düşünmədən sağlamlığınızı bizim mütəxəssislərə etibar edin !

Miomalar uşaqlığın əzələ toxumasından qaynaqlanan xoşxassəli şişlərdir. Reproduktiv dövrdə olan qadınlarda 20-40% müşahidə edilir. Hormona həssas kütlələr olub, reproduktiv dövr ərzində yavaş-yavaş böyüyə bilir, klimaksdan sonra qadınlıq hormonlarının azalması ilə birlikdə kiçilməyə başlayırlar.

Şikayətə səbəb olan miomaların müalicəsi üçün mütəxəssislərimiz tərəfindən əvvəlcə şikayətə əsasən dərman müalicələri yoxlanılır, bu müalicələr kömək etməzsə, səbəblə əlaqədar müalicələr aparılır.

Miomaların mində bir faizində sürətlə böyümə və xərçəngə çevrilmə (leomiosarkoma) ehtimalı vardır. Görüntü texnikaları ilə  (US müayinəsi və MRT) miomaları, leomiosarkomadan ayırd edə bilmə imkanı yoxdur. Sürətli böyümə və ya klimaksdan sonra böyümənin davam etməsi leomiosarkomanın seçilməsində başlıca əlamətdir. Bu səbəblə, miomaların sistemli müayinələrlə müşahidə altında saxlanılması, şübhəli hallarda əməliyyat olunması zəruridir.

Uşaqlıq borularının endometriozu zamanı boruların peristaltikası bitişmə proseslərinin hesabına əhəmiyyətli dərəcədə pozulur ki, bu da boru hamiləliyinin baş verməsinə səbəb ola bilir. Belə ki, uşaqlıq borusunda dölün inkişafı üçün əlverişli şərait olmadığına görə hamiləlik 7-8 həftəlrində pozulur, borunun divarı gərilir və nazilir. Sinir liflərinin destrusiyası baş verir, boru partlayır.
Bəzən qarının aşağı hissəsində ağrılar, üşütmə, qanaxma baş verir.
Xəstəliyin diaqnozu toplanmış anamnezə və kliniki əlamətlərə əsaslanır. Diaqnozun qoyulmasında transvaginal exoqrafiyanın da rolu böyükdür.
Müalicəsi cərrahi yolla aparılır. Uşaqlıq borusu, yumurtalıq rezeksiya olunur.

Son dövrlərdə xanımlar arasında olduqca geniş yayılmış  xəstəliklərdən biri də yumurtalıq kistalarıdır. Yumurtalıq kistaları – yumurtalığın içində və ya üzərində yer alan, içləri maye ilə dolu kisəciklərdir. Yumurtalıqlar uşaqlığın hər iki tərəfində yerləşən, badamvari orqanlardır. Əksər hallarda yumurtalıq kistalarının çoxu xəstəyə heç bir narahatlıq vermir. Və bəzi kistalar bir neçə ay ərzində müalicə olunmadan keçib gedir. Ancaq bəzi partlayan yumurtalıq kistaları ciddi simptomlar yarada bilər. Sağlamlığınızı qorumaq üçün ən yaxşısı kistaların simptomlarını və növlərini bilərək,  nizamlı müayinədən keçməkdir. Əgər sizdə – aybaşı pozğunluğu (gecikmələr, vaxtından tez başlanması), çanaqda ağrılar  (kəskin və ya davamlı), aybaşıdan əvvəl başlayan və ya bitməsinə yaxın ağrılar, cinsi əlaqə zamanı ağrı, – aybaşı arası qanaxma, uşaqlıq qanaxmaları, bəzi hallarda mədə bulanması, süd vəzilərin həssaslığı, hərarət kimi əlamətlər varsa  və  böyük bir kista sidik kisəsinə təzyiq edirsə, daha tez sidiyə getmə ehtiyacı hiss edə bilərsiniz. Bu əlamətlərin  siqnalı zamanı  mütləq həkimə müraciət etməlisiniz.

 

Statistik məlumatlara əsasən hamiləliklərin 15-20% spontan pozulmalarla nəticələnir. Erkən düşüklər mamalıqda ən geniş yayılmış ağırlaşmalardan hesab olunur, onlar spontan abortların təxminən 80%-ni təşkil edir və 70% hallarda hamiləliyin klinik təzahürlərindən əvvəl baş verir. 1/3 hallarda erkən düşüklər hestasiyanın 8-ci həftəsinə qədər embrionun olmaması səbəbindən yaranır. Belə vəziyyətlər yaşı 40-dan yuxarı olan qadınlar arasında daha çox qeydə alınır. Bu da 50% erkən düşüklərin səbəb hesab olunan xromosom anomaliyalarının yüksək tezliyi  ilə əlaqədardır.
Medera Hospitalın Ginekologiya üzrə ixtisaslaşmış həkimləri Erkən düşüklərin  profilaktikası zamanı anamnestik məlumatlar və şikayətləri toplayaraq , obyektiv müayinə, laborator və instrumental müayinələrin diaqnostikası nəticələrinə əsaslanır.

Əziz qadınlar, hal – hazırda özünüzü bu və ya digər ginekoloji  xəstəliklərinin müalicə və profilaktikasında etibar edəcəyiniz tək ünvandasınız! Medera Hospital gülərüz  komandasıyla hər zaman Sizin yolunuzu gözləyir. !

Comments are closed.