Medera Hospital 2012-ci ildə yaradıldı. Məqsədimiz ondan ibarət idi ki, hər bir ölkə vətəndaşının sağlamlığının etibarlı qorunmasına xidmət edək. Yarandığımız dövrdən bu günə kimi əhalinin böyük rəğbətini qazandıq. Klinikamıza müraciət edən xəstələrin böyük əksəriyyəti məmnuniyyət hissi ilə evə yazılırlar. 10 il ərzində çox böyük işlər gördük, çox saylı mərkəz və şöbələrimiz fəaliyyətə başladı. Biz inanırıq ki, göstərdiyimiz xidmətlər pasiyentlərin sağlamlığı üçün ən yüksək səviyyədə olmalıdır və buna görə də daim inkişaf edirik.

10 il ərzində çox böyük işlər gördük. Çox saylı mərkəz və şöbələrimiz fəaliyyətə başladı.

 

  • BİZİM MƏRKƏZ VƏ ŞÖBƏLƏRİMİZ
  • Angioqrafiya və İnvaziv Radiologiya
  • Mərkəzi Hepatoloji Mərkəz
  • Uroloji Mərkəz
  • Pediatrik Mərkəz
  • Neyrocərrahiyə və Onurğa Mərkəzi
  • Nevroloji və Hərəkət Pozğunluğu Mərkəzi
  • Reabilitasiya və Fizioterapiya Mərkəzi
  • Plastik Estetik Cərrahiyyə Mərkəzi
  • Bariatrik və Metabolik Mərkəz
  • Travmatoloji və Ortopedik Şöbə (böyüklər və uşaqlar üçün)
  • Stomatoloji Mərkəz
  • Gözəllik Salonu Fitness – Pilates

 

  • MEDERA USM VƏ DİAQNOSTİKA Medera Hospital bütün beynəlxalq standartlara cavab verən, müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz olunmuş Şüa Diaqnostika şöbəsinə malikdir. 

Şöbədə aşağıdakı cihazlardan istifadə olunur: GE Voluson E10 GE Voluson E8 (3D-4D) LOGIQ E9 (Elastoqrafiya) PHILIPS EPIQ 7 (Fibroscan) Kompüter tomoqrafiya (CT) – GE BrivoSpeed 16 slice 3D Maqnit rezonans tomoqrafiya – GE Brivo MR355 1.5 Tesla Rentgen müayinələri Angioqrafiya və invaziv müdaxilələr Bütün müayinələr peşəkar həkimlərimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir.

STASİONAR VƏ REANİMASİYA Bizim hospitalda 7/24 fəaliyyət göstərən stasionar şöbə və reanimasiya xidməti mövcuddur. Pasiyentlərin vəziyyəti daim nəzarətdə saxlanılır, təcili və planlı müalicələr yüksək standartlarda aparılır.

 

WELLBEING CENTER (SAĞLAMLIQ MƏRKƏZİ)

Biz pasiyentlərimizin yalnız müalicəsini yox, həm də həyat keyfiyyətini düşünürük. Ona görə Wellbeing Center yaradılıb. Burada: Fitness zalı Pilates Yoga və Fly Yoga Kardio məşqlər Sauna Üzgüçülük hovuzu Reabilitasiya və bədən bərpası proqramları hamısı bir məkanda təqdim olunur.

YENİLİKLƏR VƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQLARIMIZ Biz daim inkişaf edirik və yeni tibbi tərəfdaşlıqlar qururuq. Türkiyədən, İtaliyadan və Amerikadan dəvət olunmuş həkimlər hospitalımızda konsultasiya və əməliyyatlarda iştirak edir Beynəlxalq tibbi seminarlar və elmi konfranslar mütəmadi keçirilir Həkimlərimiz xarici ölkələrdə təcrübə proqramlarında iştirak edir Yeni tibbi əməkdaşlıqlar və tərəfdaşlıqlar qurulub Pasiyent mərkəzli xidmət sistemi daha da təkmilləşdirilib Müasir tibbi protokollar və beynəlxalq standartlar tətbiq olunur Biz hər bir pasiyenti öz ailəmizin bir üzvü kimi görürük və ona görə də hər addımımızda sağlamlığı düşünürük.

Biz Medera Hospital olaraq inanırıq ki, sağlamlıq ən böyük dəyərdir. Ona görə də məqsədimiz hər bir insana ən yüksək səviyyədə tibbi xidmət göstərməkdir.