Simptomlar-kishi-uz-ayaqlar – Medera Hospital

ÜNVANIMIZ

Bakı şəh. Əcəmi Naxçıvani 53

*992

Bizə zəng edin

Simptomlar-kishi-uz-ayaqlar

SİMPTOMLAR

Əzələ spazmları

Əzələ spazmları əksərən eninəzolaqlı əzələlərində rast gəlinir. Spazm kəskin başlayır, ağrılı olur və adətən qısa çəkir. Əzələnin yüngülcə dartılması ilə ağrını azaltmaq olur.  Daha çox baldır və ayaq pəncəsində rast gəlinir.

Mümkün səbəblər:

  • Yerli qan dövranının zəif olması
  • əzələnin çox işlədilməsi
  • isti havada çox aktiv olmaq
  • əzələ yorğunluğu
  • dehidratasiya
  • maqnezium və ya kalium çatışmazlığı
  • Onurğa sütununun zədələnməsi

Bəzi hallarda əzələ spazmları bəzi dərman maddələrinin əlavə təsirindən yaranır. Bura furosemid, donepezil, nifedipin, raloxifen, fluvastatin kimi dərmanlar aiddir.

Belə spazmların qarşısını almaq üçün yüksək vitaminli, magnezium və kalsium bol olan qidalar qəbul etmək, çoxlu su içmək və idmandan öncə dartınma hərəkətlərini düzgün icra etmək lazımdır.

Bir-çox hallarda belə spazmlar tez keçdiyi üçün həkimə müraciət etməyə ehtiyac olmur. Amma spazmlar tez-tez rast gəlinirsə və səbəbini aydınlaşdıra bilmirsinizsə mütləq həkimə müraciət edin.

Oynaq ağrıları

Oynaq ağrısı oynaqdakı bağların, oynaq kisəsinin, vətərlərin zədələnməsindən sonra müşahidə oluna bilər. Zədə həmçinin oynaqdakı qığırdaq və sümükləri də əhatə edə bilər. Digər tərəfdən ağrı oynaqdakı iltihab prosesinin və infeksiyanın göstəricisi ola bilər. Məsələn, revmatoid artrit, osteoartrit və s. Çox nadir hallarda oynağın xərçənginin əlamətidir. Cinsi yolla keçən xəstəliklərdən xlamidiya və süzənək də oynaq ağrısına səbəb ola bilər.

Oynaq ağrısı ilə əlaqəli əlamətlər:

  • Oynağın qızarması
  • Oynağın ödemi
  • Oynaqda həssaslıq
  • Oynağın isti olması
  • Oynaqda hərəkətin məhdudlaşması
  • Zəiflik

Venaların genişlənməsi

Varikoz venalar  genişlənmiş və qanla həddən çox dolmuş venalardır. Şişkin olub göy-yasəmən və ya qırmızı rəngdə görünürlər, adətən ağrılıdırlar.  Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Yetkin insanların təqribi 25%-ində varikoz venalar müşahidə olunur. Daha çox ayaqların baldır hissəsində yerləşirlər.

Mümkün səbəblər:

  • Hamiləlik
  • Menopauza
  • 50-dən yuxarı yaş
  • Uzun müddət ayaqüstə dayanmaq
  • Artıq çəki
  • Ailədə varikoz venaların irsi olması

Diaqnostika:

Diaqnostika üçün fiziki müayinə, ultrasəs müayinəsi və venoqramma  istifadə oluna bilər. USM və venoqramma ağrıya səbəb olan  tromb və tıxanmaları da aşkarlamağa kömək edir.

Müalicə:

Ümumilikdə varikoz venların əmələ gəlməsinin və daha da dərinləşməsinin qarşısını almaq üçün tövsiyə olunur:

  • Uzun müddət ayaqüstə dayanmaqdan qaçınmaq
  • Artıq çəkini azaltmaq
  • Qan dövranını yaxşılaşdırmaq üçün bədən tərbiyəsi ilə məşğul olmaq
  • Kompressiya corablarından istifadə etmək
  • Dincələndə və yatanda ayaqları qaldırmaq

Qeyd olunan üsulların heç biri kömək olmadıqda artıq cərrahi müdaxilədən istifadə olunur.

Comments are closed.