Simptomlar-kishi-uz-eller – Medera Hospital

ÜNVANIMIZ

Bakı şəh. Əcəmi Naxçıvani 53

*992

Bizə zəng edin

Simptomlar-kishi-uz-eller

SİMPTOMLAR

Əzələ spazmları

Əzələ spazmları əksərən eninəzolaqlı əzələlərində rast gəlinir. Spazm kəskin başlayır, ağrılı olur və adətən qısa çəkir. Əzələnin yüngülcə dartılması ilə ağrını azaltmaq olur.  Daha çox baldır və ayaq pəncəsində rast gəlinir.

Mümkün səbəblər:

  • Yerli qan dövranının zəif olması
  • əzələnin çox işlədilməsi
  • isti havada çox aktiv olmaq
  • əzələ yorğunluğu
  • dehidratasiya
  • maqnezium və ya kalium çatışmazlığı
  • Onurğa sütununun zədələnməsi

Bəzi hallarda əzələ spazmları bəzi dərman maddələrinin əlavə təsirindən yaranır. Bura furosemid, donepezil, nifedipin, raloxifen, fluvastatin kimi dərmanlar aiddir.

Belə spazmların qarşısını almaq üçün yüksək vitaminli, magnezium və kalsium bol olan qidalar qəbul etmək, çoxlu su içmək və idmandan öncə dartınma hərəkətlərini düzgün icra etmək lazımdır.

Bir-çox hallarda belə spazmlar tez keçdiyi üçün həkimə müraciət etməyə ehtiyac olmur. Amma spazmlar tez-tez rast gəlinirsə və səbəbini aydınlaşdıra bilmirsinizsə mütləq həkimə müraciət edin.

 

Hiperhidroz

Həddən çox tərləmək (hiperhidroz) geniş yayılmış narahatçılığıa səbəb olan pozğunluqlardan biridir.  Daha çox qoltuqaltı, ovuc və ayaqların altında müşahidə olunur. Qoltuaaltında tərləmə yeniyetməliyin sonlarına doğru başladığı halda əl və ayaqlardakı problem daha tez -13 yaşından müşahidə olunur. Müalicə olunmazsa bütün ömür boyu davam edir.

Mümkün səbəblər:

  • Nevroloji
  • Endokrin
  • Infeksiya
  • Sistem xəstəlikləri

Bir çox hallarda hiperhidrozdan əziyyət çəkən şəxslərdə kənar heç bir patologiya aşkarlanmır, yeganə problem tərləmə olur.

Müalicə:

  • Alüminium tərkibli antipersperantlar
  • İontofarez
  • Antixolinergik dərmanlar
  • Botoks (qolaltı)
  • Lazer müalicəsi

Yuxarıdakı sadalananların heç biri kömək etmədikdə cərrahi əməliyyat nəzərdə tutula bilər.

Oynaq ağrıları

Oynaq ağrısı oynaqdakı bağların, oynaq kisəsinin, vətərlərin zədələnməsindən sonra müşahidə oluna bilər. Zədə həmçinin oynaqdakı qığırdaq və sümükləri də əhatə edə bilər. Digər tərəfdən ağrı oynaqdakı iltihab prosesinin və infeksiyanın göstəricisi ola bilər. Məsələn, revmatoid artrit, osteoartrit və s. Çox nadir hallarda oynağın xərçənginin əlamətidir. Cinsi yolla keçən xəstəliklərdən xlamidiya və süzənək də oynaq ağrısına səbəb ola bilər.

Oynaq ağrısı ilə əlaqəli əlamətlər:

  • Oynağın qızarması
  • Oynağın ödemi
  • Oynaqda həssaslıq
  • Oynağın isti olması
  • Oynaqda hərəkətin məhdudlaşması
  • Zəiflik

 

Tərləmənin səviyyəsi insanda olan tər vəzilərinin sayından aslı olur. Bəzi insanlarda digərlərindən fərqli daha çox tər vəziləri ola bilər ki, bu da onlarda tərləmənin daha intensiv olmasına səbəb olur. Doğulan zaman insanda 2-dən 4 milyona qədər tər vəziləri ola bilir. Qadınlarda kişilərə nisbətən daha çox tər vəziləri mövcuddur. Amma kişilərdə onlar daha aktivdirlər. Tər vəziləri cinsi yetkinlik dövründə özlərinin tam aktiv səviyyəsinə çatırlar. Tər vəziləri iki cür olur: ekkrin və apokrin vəzilər. Ekkrin vəzilər bir başa dəri səthinə açılır və dəri örtüyünün  hər bir sahəsində qeyd olunur. Apokrin vəzilər isə daha çox başda, qoltuqaltında və qasıq nayihəsində olan tüklərin dibinə açılır. Bədən hərarəti yüksək olan zaman sinir sistemi ekkrin vəziləri stimullaşdırır və tərləmə baş verir. Tər özlüyündə su və duzlardan (xüsusilə, hidrogen xloriddən) təşkil olunmuşdur. Apokrin vəzilər isə daha çox yağlı tər yaradır və tükün dibinə ifraz edir. Xoşagəlməz qoxu yaradan əsasən apokrin vəzlərin ifraz etdiyi tərdir.

Təssüf ki, bəzi insanlarda anadangəlmə tərləmə yüksək ola bilər və heç bir xəstəlilə əlaqələndirilmir. Elə normal fizioloji hallar mövcuddur ki, tərləməni aktivləşdırə bilər. Məsələn, isti havada bədən hərarətinin normal səviyyədə saxlanması üçün tər vəziləri daha aktiv olurlar. Bununla yanaşı, fiziki işlə məşğul olan zaman, əsəbilik, qorxu, utanma hallarında da tərləmə intensivləşə bilir. Amma elə hallarda var ki, tərləmənin artması (hiperhidroz) və ya tərləmənin olmaması (anhidroz) xəstəlik halları ilə əlaqələndirilə bilər.

Səbəbləri

Tərləmənin səbəblərinin aşağıdakı əsas  təsnifləri mövcuddur:
– Normal fiziloloji hallar:
– Qadınlarda klimaks dövrü
– Vegetativ distoniya
– Emosional vəziyyət
– Fiziki aktivlik
– Köklük
– Bəzi ədviyyatlar
– İltihabi xəstəliklər:
– Pvevmoniya
– Vərəm
– Endokardit
– Kəskin revmatik hərarət
– Bruselyoz
– HİV infeksiyası
– Endokrin xəstəliklər:
– Hipertrioz
– Feoxromositoma
– Karsinoid sindrom
– Hipoqlikemiya
– İnsulinoma
– Xərçəng xəstəlikləri:
– Hodgkin xəstəliyi
– Xroniki leykemiya
– Sarkoma
– Hipernefroma
– Birincili qaraciyər xərçəngi
– Ürək-damar xəstəlikləri:
– Şok
– Ürək infarktı
– Arterial təzyiq
– Ağciyər emboliyası
– Sol ürək çatışmazlığı
– Digər səbəblər:
– Hərarətin yüksəlməsi
– Dempinq sindromu
– Kəskin hemoliz

Həkimə nə zaman müraciət etməli

Yuxarıda sadalanan normal fizioloji vəziyyətlərdən fərqli hallarda həkimə müraciət edin.
– Son dövrlərdə əvvəllər qeyd edilməyən intensivlikdə tərləmənin qeyd edilməsi
– Tərləmə sizin gündəlik normal iş fəaliyyətiniz və həyatınıza mane olur
– Tərləmə ilə yanaşı hərarətin yüksəlməsi
– Tərləmə səbəbsiz olaraq gecələr qeyd edilir. Vərəm xəstəliyi zamanı gecə tərləməsi  qeyd edilir.
– Tərləmə ilə yanaşı bədən çəkinizin səbəbsiz azalması
– Tərləmə ilə yanaşı təngnəfəslik və ürək döyüntülərinin artması
– Son dövrlərdə bədənininzdə xoşagəlməz qoxunun artmasını hiss edirsinizsə. Diabetik ketoasidoz və ya böyrək çatışmazlığı zamanı bədən qoxusu dəyişə bilir.

Comments are closed.