ÜNVANIMIZ

Bakı şəh. Əcəmi Naxçıvani 53

*992

Bizə zəng edin

Təcili Yardım

Təcili Yardım

Medera Hospitalın təcili tibbi yardım şöbəsi təcrübəli tibbi heyəti ilə birlikdə həftənin hər günü 24 saat boyunca hər növ təcili və ilkin tibbi yardım göstərir. Böyük təcili yardım moduluna malik olan Medera Hospital klinikası hər növ tibbi yardım göstərmə  imkanları,  laboratoriya dəstək vahidləri və professional səhiyyə xidməti ilə xidmət təklif edir.

Medera Hospital klinikasının TTY-şöbəsinin işi operativ xidmət istiqamətində təşkil olunub. Təcili tibbi yardım şöbəsinə gətirilən xəstələr ixtisaslı həkimlər tərəfindən müayinə olunur,ehtiyac olduqda tibbi müdaxilələr edilir, lazım gəldikdə isə klinikanın digər şöbələrinə yönəldilir. TTY – şöbəsində həyata keçirilən bütün tibbi xidmətin növləri haqqında xəstənin yaxınlarının məlumatlandırılması  bizim əsas iş prinsiplərimizdəndir. Göstərilən bütün tibbi xidmətlərin təyinatı və mahiyyəti barədə məlumatlar ətraflı şəkildə xəstəyə və onun yaxınlarına izah edilir.

Müasir standartlara uyğun olaraq lazımı tibbi cihazlar və ləvazimatlarla təchiz olunmuş ambulans maşını ilə hər an pasientlərə təcili tələb olunan hər cür tibbi xidmət göstərmək imkanımız da var.  Hətta tələb olunduğu zaman ev şəraitində bütün növ laborator analizlər EKQ, USM müayinələri də klinikamızın TTY  xidməti tərəfindən həyata keçirilir.

Xəstəxananın bütün tibbi vahidləri tərəfindən dəstəklənən təcili xidmət hər yaş qrupunda xəstəyə xidmət etmək iqtidarındadır.

Sizdən müraciət ,  bizdən xidmət! Biz Hər Zaman Qulluğunuzdayıq!

Comments are closed.