ERA WELLBEING CENTER

Özünə vaxt ayırmaq üçün ən doğru ünvan

Bəzən sadəcə dayanmaq, nəfəs almaq və özünə qayıtmaq lazımdır. ERA Wellbeing Center məhz bunun üçün yaradılıb.

Burada biz sənə təkcə fitness və ya spa xidməti təqdim etmirik — məqsədimiz səni daha enerjili, daha rahat və daha balanslı hiss etdirməkdir.

İstər idman et, istər istirahət elə, istərsə də sadəcə sakit bir gün keçir… burada hər şey sənin rahatlığın üçün düşünülüb.


FITNESS

Əgər özünü daha güclü, daha enerjili görmək istəyirsənsə, fitness zonamız sənin üçündür.

Müasir avadanlıqlar, rahat mühit və istəsən sənə yol göstərən məşqçilər… hər şey var.

Burada məqsəd sadəcə məşq etmək deyil, bədənini tanımaq və onu daha yaxşı formaya salmaqdır.

Nə qazanırsan?

  • Daha güclü və formda bədən
  • Günlük enerji artımı
  • Stressin azalması
  • Özünəinam hissi

HOVUZ

Bəzən ən yaxşı istirahət sadəcə suyun içində sakit qalmaqdır.

ERA hovuzu həm idman, həm də rahatlama üçün ideal məkandır.

Suyun içində bədən yüngülləşir, düşüncələr sakitləşir…

Sənə nə verir?

  • Tam rahatlama hissi
  • Əzələlərin boşalması
  • Oynaqların yüngülləşməsi
  • Günün yorğunluğunun çıxması  

SAUNA & BUXAR OTAQLARI

Buraya girəndə sanki bədən yenilənir.

İstilik, buxar və sakitlik… hamısı bir arada.

Səmimi desək:

Bir neçə dəqiqədən sonra özünü daha yüngül, daha təmiz hiss edirsən.

Faydaları:

  • Bədənin təmizlənməsi
  • Dərinin yenilənməsi
  • Gərginliyin azalması
  • Dərin rahatlama

TÜRK HAMAMI

Türk hamamı ERA-nın ən xüsusi guşələrindən biridir.

Burada təkcə yuyunmaq yox, tam bir rahatlama təcrübəsi yaşayırsan.

İsti mərmər, buxar, köpük masajı… hər şey səni gündəlik stressdən uzaqlaşdırmaq üçün var.

Daha maraqlısı:

Burada xüsusi günlər də keçirilir:

  • Ad günü paketləri
  • Qızlar günü tədbirləri
  • Dost qrupları üçün xüsusi hamam seansları
  • VIP istirahət paketləri

Nəticə:

Bədən təmizlənir, ruh yüngülləşir, sən isə tam yenilənmiş hiss edirsən.


SPA & MASSAJ

Bəzən sadəcə uzanmaq və hər şeyi unudmaq istəyirsən… bu hissi burada tam yaşayırsan.

Peşəkar masajlar, manual terapiya və rahatladıcı spa xidmətləri ilə bədənini yenidən balanslayırsan.

Sənə nə qazandırır?

  • Əzələ rahatlığı
  • Ağrı və gərginliyin azalması
  • Daha yaxşı yuxu
  • Ümumi rahatlıq

BODY SHAPING APARATLARI

Bədənini formaya salmaq istəyirsənsə, burada bunun üçün müasir texnologiyalar var.

Sadə, ağrısız və effektiv prosedurlarla bədən konturunu daha estetik hala gətirmək mümkündür.

Nəticə:

  • Daha formda görünüş
  • Dərinin sıxlaşması
  • Daha harmonik bədən xətti

YOGA & FLY YOGA

Bəzən güc yox, balans lazımdır. 

Yoga və Fly Yoga dərsləri sənə həm bədən, həm də zehni rahatlıq verir.

Burada tələsmirsən… sadəcə öz nəfəsini tapırsan.

Faydaları:

  • Elastiklik
  • Sakitlik və fokus
  • Daxili balans
  • Daha sağlam onurğa

BEAUTY SALON

Özünə baxmaq bəzən sadəcə bir ehtiyac deyil, həm də yaxşı hiss etməkdir.

ERA Beauty salonunda saçdan dəriyə qədər hər detal sənin üçün düşünülüb.

Xidmətlər:

  • Saç baxımı və styling
  • Manikür & pedikür
  • Dəri baxımı
  • Makiyaj

Nəticə:

Sən sadəcə baxımlı yox, özünü yaxşı hiss edən biri olursan. 


PUSH30, ONE FIT & FITNESS PARTNER

Əgər daha sağlam, sistemli və motivasiyalı həyat tərzi qurmaq istəyirsənsə, ERA WELLBEING CENTER sənə ehtiyaclarına uyğun müxtəlif proqramlar təqdim edir: PUSH30, ONE FITFITNESS PARTNER.

Bu proqramların əsas üstünlüyü ondan ibarətdir ki, hər kəs öz məqsədinə və gündəlik ritminə uyğun seçim edə bilir — istər daha planlı və intensiv sistem, istərsə də daha sərbəst və rahat məşq rejimi.


Proqramlar çərçivəsində təqdim olunan imkanlar:

  • Fitness məşqləri
  • Hovuz istifadəsi
  • Sauna & spa xidmətləri
  • Qrup məşqləri
  • Hatha Yoga, Yoga və Pilates

ERA WELLBEING CENTER bu yanaşma ilə sağlam həyat tərzini daha əlçatan və hər kəs üçün uyğun formada təqdim edir, həm motivasiya, həm də komfortu bir arada birləşdirir.


ERA WELLBEING CENTER-in möhtəşəm açılışı – 11 dekabr 2025

11 dekabr 2025-ci il tarixində ERA WELLBEING CENTER-in təntənəli açılış mərasimi baş tutdu. Müasir sağlamlıq və rifah konsepti ilə seçilən mərkəzin açılışı şəhərin ictimai həyatında diqqət çəkən tədbirlərdən biri oldu.

Açılış mərasimində ölkənin tanınmış media və ictimai simaları iştirak etdilər. Tədbir ərzində qonaqlar mərkəzin müasir infrastrukturu, fitness, spa, pilates və reabilitasiya zonaları ilə yaxından tanış oldular.

İştirak edən tanınmış simalar arasında Xoşqədəm Hidayətqızı, Hacı Nuran Hüseynov, Mətanət İsgəndərliXatun Əliyeva yer aldılar. Onlar mərkəzin yaradılan şəraitini yüksək qiymətləndirərək, belə bir layihənin Azərbaycanda sağlam həyat tərzinin inkişafına töhfə verəcəyini qeyd etdilər.

Tədbir rəsmi açılış və lentkəsmə mərasimi ilə davam etdi. ERA WELLBEING CENTER-in gələcəkdə ölkədə wellness və sağlamlıq mədəniyyətinin inkişafında mühüm rol oynayacağı bildirildi.