
Dr. Elçin Əzizov Ümumi və Laparoskopik Cərrah
Həkim haqqında məlumat
Ümumi və Laparoskopik Cərrah
Dr. Elçin Əzizov
Dr. Elçin Əzizov ümumi və laparoskopik cərrahiyyə sahəsində ixtisaslaşmış, qarın boşluğu orqanlarının açıq və minimal invaziv (laparoskopik) əməliyyatlarında geniş təcrübəyə malik cərrahdır.
Təhsil və Peşəkar Hazırlıq
Dr. Elçin Əzizov 1996-cı ildə Azərbaycan Tibb Universitetini bitirərək ümumi cərrah ixtisasına yiyələnmişdir.
Daha sonra Rusiya Federasiyasında:
- N.İ. Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetində laparoskopiya kursu
- Kazan Dövlət Tibb Universitetində abdominal laparoskopiya üzrə ixtisasartırma kursu
- Kazan Dövlət Tibb Universitetində laparoskopiya üzrə təkmilləşdirmə kursu
keçmişdir.
Peşəkar Təcrübə
- 1997–2004 – Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Səhra Hospitalı – Hərbi səhra cərrahı
- 2004–2019 – müxtəlif dövrlərdə laparoskopik cərrah kimi fəaliyyət
- 2019–hazırkı dövr – Caspian International Hospital – Laparoskopik cərrah
İcra Edilən Əməliyyatlar
Dr. Elçin Əzizov aşağıdakı cərrahi əməliyyatları yüksək peşəkarlıqla icra edir:
- Laparoskopik və açıq qarın boşluğu əməliyyatları
- Kəskin appendisit əməliyyatları
- Qasıq və qarın yırtıqlarının bərpası
- Öd kisəsi əməliyyatları (xolesistektomiya)
- Qarın boşluğu təcili cərrahi müdaxilələr
- Ümumi və laparoskopik cərrahiyyə əməliyyatları