Oftalmoloq-Cerrah Roza Izmayilova Gozun On Seqmenti uzre Ixtisaslasmis Cerrah

Oftalmoloq-Cərrah Roza İzmayılova Gözün Ön Seqmenti üzrə İxtisaslaşmış Cərrah

Onlayn qəbula yazılın
Həkim haqqında məlumat

 


Oftalmoloq-Cərrah Roza İzmayılova

Gözün Ön Seqmenti üzrə İxtisaslaşmış Cərrah

Oftalmoloq-cərrah Roza İzmayılova gözün ön seqmenti üzrə ixtisaslaşmış, katarakta, eksimer lazer, keratokonus, çəpgözlük və qlaukoma kimi xəstəliklərin diaqnostika və cərrahi müalicəsində geniş təcrübəyə malik mütəxəssisdir.


Təhsil və Beynəlxalq Təcrübə

Roza İzmayılova Azərbaycan Respublikasının Biləsuvar rayonunda anadan olmuşdur. Tibb Universitetini bitirdikdən sonra Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Fyodorov adına Mikrocərrahiyyə Göz İnstitutunda gözün ön seqmenti üzrə ordinatura keçmişdir. Eyni institutda kataraktanın FAKO (phacoemulsification) üsulu ilə əməliyyatı üzrə ixtisaslaşma kursu almışdır.

1999-cu ildə ABŞ-ın Oreqon ştatında göz xəstəlikləri üzrə 6 aylıq ixtisasartırma proqramında iştirak etmişdir.

Daha sonra Türkiyənin İstanbul şəhərində Cərrahpaşa Universitetində eksimer lazer kursunu bitirmiş və həmin dövrdən etibarən eksimer lazer əməliyyatlarını icra etməyə başlamışdır.

İstanbulda Samatya Klinikasında həm ixtisasartırma keçmiş, həm də klinik fəaliyyət göstərmişdir.

Hindistanın tanınmış oftalmoloq-cərrahı Dr. Agarwal yanında ixtisasartırma kursu keçmişdir.

Bundan əlavə, Almaniya, Fransa, İtaliya, İspaniya, Rusiya, Türkiyə, Böyük Britaniya, Avstriya, Finlandiya, Norveç, Danimarka və Portuqaliyanın aparıcı klinikalarında praktik təcrübə qazanmış, beynəlxalq elmi-praktik konfrans və simpoziumlarda iştirak etmiş və sertifikatlarla təltif olunmuşdur.


İş Təcrübəsi

  • Bakı şəhəri, 18 saylı Poliklinika – həkim-oftalmoloq

  • Mərkəzi Klinik Xəstəxana – oftalmoloq-cərrah

  • İstanbul Samatya Klinikası – klinik və cərrahi təcrübə

  • İtaliya – katarakta üzrə ixtisasartırma kursu (Mərkəzi Klinikada çalışdığı dövrdə)

  • ABU Göz Klinikası – təsisçi və baş həkim

  • Medi Lux Klinikası – hazırda oftalmoloq-cərrah


Peşəkar Fəaliyyət

Doktor Roza İzmayılova gözün ön seqmenti cərrahiyyəsi və aşağıdakı sahələr üzrə müalicə və əməliyyatlar həyata keçirir:

  • Katarakta cərrahiyyəsi (FAKO üsulu)

  • Eksimer lazer görmə korreksiyası

  • Keratokonus müalicəsi

  • Qlaukoma diaqnostika və cərrahiyyəsi

  • Çəpgözlük əməliyyatları

  • Kornea xəstəliklərinin müalicəsi

  • Diabetik retinopatiya

  • Göz dibi damar tıxanıqlığı və trombozları

  • Sistem xəstəliklərinə bağlı göz patologiyaları