KARDİOLOGİYA Ürək-damar xəstəliklərinin aktual olduğu bir dövrdə yaşayırıq. Hər gün yüzlərlə insan təəssüf ki, ürək-damar problemləri səbəbi ilə vaxtında düzgün müayinə və müalicə olunmadığı üçün həyatını itirir. Genetik faktorlar, siqaret çəkmək, qeyri-sağlam qidalanma, piylənmə, şəkər xəstəliyi, hipertenziya (yüksək qan təzyiqi), yüksək xolesterol və buna bənzər problemlər ürək-damar xəstəliklərinə səbəb olur. Müasir tibbin bütün tələbatlarına cavab verən Medera Hospitalın Kardiologiya şöbəsində Miokard infarktı , ürəyin işemik xəstəlikləri , insult, revmatizm , xroniki ürək çatışmamazlığı xəstəliklərinin müayinə və müalicəsi aparılır. Dünya standartlarına uyğun şəkildə yaradılmış Medera Hospital klinikasının Kardiologiya Şöbəsi ürək sağlamlığını qorumaq , ürək xəstəliklərini aşkar və müalicə etmək məqsədilə xidmət göstərir. Şöbələr
Kardiologiya
Ətraflı məlumat
Tibbi personalımız
Şöbənin həkimləri




