Nevrologiya
Nevrologiya — beyin, onurğa beyni, sinirlər və əzələlərlə bağlı xəstəlikləri araşdıran və müalicə edən tibb sahəsidir. Sadə dillə desək, bu şöbə insanın düşünmə, yaddaş, hərəkət, hiss etmə və sinir sistemi ilə bağlı bütün problemlərlə məşğul olur.
Medera Hospitalda nevrologiya şöbəsində peşəkar nevroloq mütəxəssislər fəaliyyət göstərir və xəstələrə müasir diaqnostika və müalicə xidmətləri təqdim olunur. Eyni zamanda Türkiyə, Rusiya, İtaliya və ABŞ kimi ölkələrdən gələn beynəlxalq mütəxəssislər də mütəmadi olaraq konsultasiya və müalicə proseslərinə qatılırlar.
Şöbədə epilepsiya, baş ağrıları, huş itirmə halları, inkişaf və yaddaş problemləri, sinir-əzələ xəstəlikləri kimi vəziyyətlər müasir tibbi üsullarla qiymətləndirilir və fərdi müalicə planları hazırlanır.







