
Mahirə Pənahlı (Uzman Psixoloq/ Ailə Danışmanı)
Mahirə Pənahlı (Ailə danışman uzmanı)
Mahirə Pənahlı (Uzman Psixoloq/ Ailə Danışmanı)
Haqqında
Mahirə Pənahlı 23 mart 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, psixologiya və sosial elmlər sahəsində fəaliyyət göstərən mütəxəssisdir. Təhsil aldığı illərdən etibarən elmi və pedaqoji fəaliyyətlə məşğul olmuş, müxtəlif tədris və tədqiqat layihələrində iştirak edərək peşəkar bilik və bacarıqlarını inkişaf etdirmişdir.
Hazırda Qərbi Kaspi Universitetinin ştat müəllimi kimi fəaliyyət göstərir. Eyni zamanda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində psixoloq olaraq çalışır. Bununla yanaşı, Medera Hospitalda psixoloq olaraq pasiyent qəbul edir. Peşə fəaliyyəti çərçivəsində yeniyetmələr, böyüklər, cütlüklər və ailələrlə psixoloji konsultasiya və psixoterapiya istiqamətində çalışır.
Təhsil
- 2010–2017 — Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi- psixoloq
- 2017–2021 — Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakültəsi (Psixologiya ixtisası, SABAH qrupları)
- 2021–2023 — İstanbul Aydın Universiteti, Ümumi Psixologiya (Magistratura)
- 2022-Marmara Üniversitesi, Aile Danışmanlığı
FƏALİYYƏT İSTİQAMƏTİ
- Yeniyetmə Yetkin Psixoloji dəyərləndirmə
- Şema (sxem) terapiya
- Koqnitiv-bihevioral terapiya
- Psixodinamik terapiya
- Ailə və cütlük terapiyası
- Qısamüddətli həll mərkəzli terapiya
- Qrup terapiyası
- Psixoloji ilk yardım
- Fərdi, qrup və korporativ təlimlər
- Çalışdığı psixoloji problemlər:
- Stress
- Posttravmatik stress pozuntusu
- Obsessiv-kompulsiv pozuntu
- Ailədaxili və münasibət problemləri
- Sosial təşviş pozuntusu
- Panik pozuntu
- Təşviş pozuntusu
- Depressiya
- Ünsiyyət problemləri
- Özgüvən problemləri
- Yuxu problemləri
- Əsəb-kontrol problemi
- Qorxu və fobiyalar
- İmtahan həyəcanı
- Psixosomatik pozuntular
- Yas və itki
- Qidalanma pozuntuları
- Vajinismus, Disparoni
Peşəkar yanaşma
Mahirə Pənahlı fəaliyyətində əsas diqqəti yeniyetmələr, böyüklər, cütlüklər və ailələrlə psixoloji konsultasiya və terapiya prosesinə yönəldir. Pasiyentlərinə elmi əsaslara söykənən, fərdi ehtiyaclara uyğun psixoloji dəstək göstərməyi əsas prinsip kimi qəbul edir.
Bununla yanaşı, psixologiya sahəsində elmi araşdırmalar aparır, ixtisası üzrə müxtəlif təlim və seminarlar keçirir, həmçinin peşəkar inkişafını davam etdirmək məqsədilə mütəmadi olaraq ixtisasartırma proqramlarında iştirak edir. Eyni zamanda psixologiya ixtisası üzrə təhsil alan tələbələrin nəzəri və praktik hazırlığının inkişafına dəstək göstərir.