Tibbi xidmətə ehtiyacınız var?
Bizi izləyin:

Laboratoriya

Ətraflı məlumat

LABORATORİYANIN HƏKİMLƏRİ

"Medera Hospital"ın laboratoriyası İSO 9001:2008 və İSO 15189:2012 keyfiyyət və akreditasiya sertifikatlarına malikdir. Burada müxtəlif növ laborator müayinələr həyata keçirilir.

Laboratoriya Yaponiya, ABŞ, Almaniya və digər ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuşdur.

Hər gün yüzlərlə pasiyentin müraciət etdiyi laboratoriyada müayinələr üçün ayrıca təlimatlar hazırlanır və analizlər həmin təlimatlara əsasən həyata keçirilir. Sirr deyil ki, laborator müayinələrin nəticələri yalnız analitik mərhələdən ibarət deyil. Düzgün nəticə əldə etmək üçün preanalitik, analitik və postanalitik mərhələlərə xüsusi diqqət yetirilməlidir.

Preanalitik mərhələdə ən vacib və həssas məqamlardan biri biomaterialın götürülmə şəraiti, onun analitik mərhələyə daxil olanadək saxlanılması və daşınması şərtlərinə düzgün əməl olunmasıdır. Hər bir müayinənin aparılması üçün biomaterialın götürülmə təlimatlarına ciddi riayət olunur. Müayinə materiallarının əldə edilməsi üçün ətraf mühit və personalla təmasda olmayan tam steril vakuumlu sistemlərdən istifadə olunur. Bu üsul pasiyent üçün daha təhlükəsiz olmaqla yanaşı, keyfiyyətli biomaterialın əldə edilməsini təmin edir.

Avtomatlaşdırılmış ştrixkodlaşma sayəsində nümunələr yalnız həmin pasiyentə məxsus kodla işlənir. Bu, biomaterialların kodlaşdırılması zamanı yarana biləcək səhvləri minimuma endirir. Bundan sonra müayinənin analitik mərhələsi başlayır. Bu mərhələdə keyfiyyətə təsir edə biləcək amillərin çoxluğu (müayinə aparılan avadanlıqların sazlığı, reaktivlərin keyfiyyəti, laboratoriya şəraiti və s.) nəzərə alınaraq, bütün mərhələlər beynəlxalq standartlara uyğun prosedur və təlimatlara ciddi riayət edilməklə həyata keçirilir.

Laboratoriyamızın hər üç bölməsində bütün müayinələrə hər gün, ehtiyac yaranarsa gün ərzində bir neçə dəfə nəzarət həyata keçirilir. İnteqrasiya sistemi vasitəsilə müayinə və analizlərin nəticələri birbaşa kompüter məlumat bazasına daxil edilir. Nəticələr bir neçə yoxlama mərhələsindən keçir: ilkin nəticə həkim-laborantın nəzarətindən, ikinci mərhələ laboratoriya müdirinin, üçüncü mərhələ isə keyfiyyət menecerinin nəzarətindən keçir. Bu sistem biomaterialın götürülməsi anından başlayaraq, nəticələr hazır olana qədər hər bir materialın keçdiyi yolu izləyir. Yalnız bütün kriteriyalara cavab verən nəticələr pasiyentə təqdim olunur.

Keyfiyyətə Nəzarət Şöbəsi pasiyentlərə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək və işçi personalın əməyinin effektivliyini artırmaq məqsədilə fəaliyyət göstərir. Medera Hospitalın keyfiyyət siyasəti ISO 9001:2008 və ISO 15189:2012 standartlarına əsaslanır. Bu standartlara uyğun olaraq, ildə iki dəfə bütün işlərin audit yoxlaması aparılır və nəticələr protokollaşdırılır.

Keyfiyyətə Nəzarət Şöbəsi tərəfindən qurulmuş sistem sayəsində Medera Hospitalda aparılan bütün müayinələr, analizlər və digər işlər müasir informasiya texnologiyaları vasitəsilə və nəzarət kameraları ilə izlənilir. Şöbə laborator avadanlıqlara ciddi nəzarət edir. Bu nəzarət həm Medera Hospitalın, həm də Dövlət Standartlaşdırma və Metrologiya Komitəsinin əməkdaşları tərəfindən ildə bir dəfə test-yoxlamalarla həyata keçirilir.

Pasiyentlərin müraciətləri və şikayətləri araşdırılır, daxili audit təşkil edilir və xidmətin daha yüksək səviyyədə göstərilməsi üçün tədbirlər planı hazırlanır. Həmçinin, fərdi pasiyentlər və korporativ müştərilər arasında məmnunluq sorğuları keçirilir. Sorğuların nəticələrinə əsasən yeni avadanlıqlar, texnologiyalar və reaktivlərin gətirilməsi ilə bağlı təkliflər hazırlanır. Şöbə laborator müayinələrin spektrini genişləndirərək keyfiyyətin yüksəldilməsinə yönəlmiş tədbirləri daim diqqətdə saxlayır. Məqsəd tibb sahəsində yenilikləri Azərbaycan səhiyyə sisteminə tətbiq etməkdir.

Medera Hospitalın pasiyentləri və işçi personalı arasında, eləcə də cəmiyyətdə yüksək etimad qazanmaq, əməkdaşların ixtisasını artırmaq, fasiləsiz təlimlər təşkil etmək və rifah halını yüksəltmək Keyfiyyətə Nəzarət Şöbəsinin əsas vəzifələrindəndir.

Keyfiyyətli tibbi xidmətin təmin olunması və işin vahid bir sistem kimi fəaliyyət göstərməsi uğurun əsas amillərindəndir. Bu çərçivədə tibb personalının idarəetmə funksiyalarının optimallaşdırılması, tədarükçülərlə qarşılıqlı faydalı münasibətlərin qurulması, qabaqcıl texnologiya və tibbi avadanlıqların əldə edilməsi Keyfiyyətə Nəzarət Şöbəsinin əsas fəaliyyət istiqamətlərini təşkil edir.

Niyə müxtəlif laboratoriyalarda referens dəyərləri fərqli olur?
Referens dəyəri analizin cavabının qəbul olunan norması deməkdir. Cavablar hazır olduqda bu referens dəyərlərlə müqayisə edilir və normadan kənara çıxması təyin olunur. Müxtəlif laboratoriyalar analizlərin işlənməsi üçün müxtəlif analizatorlardan istifadə edir, həmçinin reagentlərin istehsalçıları və analiz üsulları da fərqli ola bilər. Bu səbəbdən eyni analizin referens aralığı laboratoriyadan laboratoriyaya dəyişə bilər. Laborator analizlərin nəticəsini qiymətləndirərkən müalicə həkimi mütləq həmin laboratoriyanın referenslərini əsas götürməlidir. Nəticələrin interpretasiyası və kontrol müayinələr zamanı analizin eyni üsulla və eyni laboratoriyada aparılması məqsədəuyğundur.

Tibbi personalımız
Şöbənin həkimləri
Dr. Pervin Emiraslanova

Dr. Pərvin Əmiraslanova

Sitoloq, Şöbə müdiri