DİAQNOSTİKA – Medera Hospital

ÜNVANIMIZ

Bakı şəh. Əcəmi Naxçıvani 53

*992

Bizə zəng edin

DİAQNOSTİKA

DİAQNOSTİKA

Medera Hospitalın Diaqnostika  şöbəsinin cihazları vasitəsi ilə milyonlarla insanın xəstəlikləri vaxtında və daha düzgün təyin olunur. Bu isə mövcud olan xəstəliyi erkən mərhələdə  və düzgün istiqamətdə müalicə etməyə imkan yaradır. Nəticədə müalicə proqnozu daha yaxşı nəticə verir. Şöbəmizdə istifadə olunan cihazlar vasitəsi ilə kliniki təbabətin bütün sahələrində dəqiq diaqnostik informasiyanın  alınmasına imkan yaradır. Tibbi görüntüləmə cihazlarımız son model olması ilə bərabər, çox yüksək keyfiyyətli görüntüsü, diaqnostik  informativliyi və pasientlərə zərərsiz olması ilə fərqlənir. Bununla belə xəstəxanamızda portativ diaqnostik cihazlarımız da var ki, onların vasitəsi ilə biz xəstəxanada, ambulatoriyada, təcili yardım və hətta evdə xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərə bilirik.

Medera Hospital  bütün Beynəlxalq  standartlara cavab verən, müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş Şüa Diaqnostika şöbəsi mövcuddur.

Şöbədə:

  • Exokardioqrafiya (VİVİD  S – 6)
  • HOLTER
  • Tredmill – test
  • Elektrokardioqrafiya (EKQ)
  • Prenetal EKQ
  • EEQ (NATUS)
  • EMQ
  • EEQ monitorinq kimi diaqnostik müayinələr peşəkar həkimlərimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir

 

 

 

 

 

 

 

 

 

 

HEMOTOLOGİYA

Hematologiya – tibbin qanı , qanın istehsal olunduğu sümük iliyini və hemostaz  (laxtalanma ) sistemini öyrənən sahəsidir. Limfa düyünləri dalaq və digər limfoid orqanlarının xəstəlikləri də hematologiyanın mövzularındandır.

Medera Hospitalın Hematologiya şöbəsində Poliklinika və Stasionar xidmətləri  fəaliyyət göstərir. Gündüz stasionar şəraitdə xəstələrə ən müasir protokollarla müalicə olunur.

Hospitalımızda  aşağıdakı xəstəliklərin kompleks diaqnostikası , stasionar və ambulator nəzarəti və müalicəsi həyata keçirilir :

  • Hematoloji
  • İmmunoloji
  • İmmunohematoloji
  • Tesla
  • Biokimyəvi
  • Hormonal
  • İnfeksion
  • Genetika
  • PZR
  • Onkomarkerlər
  • Mikrobioloji , Histoloji , Sitoloji müayinələr

Hematologiya bölümündə qanda baş verən hər hansı bir dəyişikliyin korreksiyası və müalicəsi barəsində Hospitalmızın peşəkar həkimlərindən məsləhətlər ala bilərsiniz. Biz sizin sağlamlığınızın keşiyində durmağa hər zaman hazırıq.

Comments are closed.