REABİLİTASİYA
Reabilitasiya nədir?
Reabilitasiya-insanın anadangəlmə və ya sonradan hər hansı bir səbəbdən meydana çıxan,qalıcı və ya keçici çatışmazlıqlarının itirilmiş , bəzən də limitlənmiş olan funksional fəaliyyətinin araşdırılaraq müalicə edilməsi, psixoloji-sosial cəhətdən dəstəklənərək günlük yaşamda sərbəst vəziyyətə gəlməsini təmin etməkdir. Reabilitasiya çoxistiqamətli müalicə yanaşmasıdır.
Reabilitasiya prosesi, onun forma və metodu hər bir mərhələdən asılı olaraq dəyişir; məsələn, əgər sağlamlıq imkanları məhdud olan hər hansı şəxslə reabilitasiya işi aparılarsa, ilk mərhələdə məqsəd mövcud qüsurun, əlilliyin profilaktikası, aradan qaldırılmasıdır ki, bu məhz tibbi reabilitasiyadır. Artıq ikinci mərhələdə fərdlə aparılan psixoloji reabilitasiya nəticəsində onun psixoloji vəziyyəti stabilləşdirilir, mövcud gərginliklər aradan qaldırılır. Üçüncü mərhələdə artıq reabilitasion yanaşma dəyişir, fərdin maraq dairəsinə uyğun əmək qabiliyyətinin aşkarlanması istiqamətində işlər aparılır ki, bu da məhz peşə reabilitasiyasının üzərinə düşür. Yuxarıdakı qeydlərə əsasən belə qənaətə gəlirik ki, reabilitasiya məhz kompleks yanaşma tələb edən bir prosesdir və yalnız bu halda effektiv nəticə verə bilər. Beləliklə, reabilitasiyanın əsas məqsədi bu və ya digər şəxsin malik olduğu mövcud fiziki və ya psixoloji qüsuru aradan qaldırmaq, bərpası mümkünsüz qüsurlar nəticəsində yaranan mənfi təsirləri minimum həddə çatdırmaq, sosial təhlükəli vəziyyətdəki, zorakılığa məruz qalmış və cinayətin qurbanı olan, habelə penitensiar müəssisələrdən və xüsusi müəssisələrdən azad edilən şəxslərin, sosial təhlükəli durumda olan kimsəsiz uşaqların cəmiyyətə sağlam adaptasiyası tədbirlərini həyata keçirmək, fiziki imkanları daxilində onları əməyə cəlb etməklə istedadını üzə çıxarmaqdır.
Fəaliyyət sahələri:
Hal hazırda fəaliyyət göstərdiyimiz MedEra Hospitalda aşağıdakı xəstəliklərin müayinə və müalicəsini aparırıq.
•Osteoxandroz
•Skalioz
• Kifoz
• Mexaniki bel və boyun ağrıları (əzələ spazmı)
• Onurğada disk yırtıqları, protruziyalar
• Yırtıq əməliyyatından sonra qalan ağrılar və əzələ zəifliyi
• İflicli xəstələr
• Çiyin-diz ağrıları (impingement sindromu)
• Travmotoloji problemlərdən sonra hərəkət əksikliyinin reabilitasiyası
• Koksartroz (kirəcləşmə) və qonartrozlar
• Üçlü sinir və üz ifliclərində elektroterapiya və reabilitasiya
• Serebral iflicli uşaqlar
• Hidrosefaliya
• Mikrosefaliya
• Spina bifida
• Mialgiyalar
• Braxial plexus
• Miopatiyalar
• Hipotonik uşaqlar
• Parkinson xəstələrində müvazinət
Şöbələr