Pediatriya
Pediatriya– tibbin uşaq xəstəliklərini, bu xəstəliklərin müalicə və profilaktikasını, böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətlərini, yaşla bağlı dəyişiklikləri, eləcə də, uşağa qulluğu öyrənən sahəsidir. Pediatriya körpə, yeniyetmə və uşaq xəstəlikləri ilə məşğul olan tibb sahəsidir. Yeni doğulan dövrdən yeniyetməlik dövrünə qədər fərdlərin diaqnozu, təqibi və müalicəsini həyata keçirir.
İnkişaf pediatriyası nədir?
Uşaq sağlamlığında 0-18 yaş arası fərdlərin inkişaf problemlərinin qiymətləndirilməsi, diaqnostikası və müalicəsi, lazım gəldikdə müxtəlif elm sahələrinə yönləndirilməsini ehtiva edən bir sahədir.
Sosial pediatriya nədir?
0-18 yaş arası fərdlərin sağlam həyat fəaliyyətinə dəstək verən sosial pediatriya klassik xəstəliklərin müayinəsi ilə yanaşı pediatriyanın profilaktik və inkişaf etmiş sahəsidir. Pediatriya şöbələrindəki bölmələri aşağıdakı kimi sıralamaq olar:
Uşaq cərrahiyyəsi şöbəsi
Şöbədə körpəlikdən yeniyetməlik dövrünə qədər (0-16 yaş) uşaqlarda bütün cərrahi əməliyyatlar aparılır. Ürəkdən cərrahiyyəsi, onkoloji cərrahiyyə, həzm sistemi cərrahiyyəsi, uşaq endokrin cərrahiyyəsi, uşaq ginekologiyası, diaqnostik və müdaxilə endoskopik tətbiqlər, laparoskopik və torakoskopik cərrahi müdaxilələr və travma cərrahiyyəsi uşaq cərrahiyyəsinin əhatə dairələridir. Bundan başqa uşaqlarda müxtəlif səbəblərdən orqan çatışmazlığı hallarında qaraciyər, böyrək və nazik bağırsaq transplantasiyası həyata keçirilir. Bu prosedurları yerinə yetirərkən etibarlı anesteziya dərmanlarının istifadəsi və qabaqcıl texnologiyanın yaxından izlənilməsi mühümdür.
Uşaq Endokrinologiya şöbəsi
Uşaq Endokrinologiya şöbəsində uşaqlarda böyümə pozğunluqları və hormonların həddindən artıq və ya qeyri-kafi sekresiyasına görə inkişaf edən xəstəliklər izlənilir və müalicə olunur. Burada böyümə hormonunun ölçülməsi, qalxanabənzər vəzin funksiyaları, yetkinlik, böyrəküstü vəzi funksiyaları, şəkər metabolizmi və testis funksiyasının qiymətləndirilməsi, kortizol artıqlığı, böyümə hormonunun təsiri, cinsiyyət təyini kimi testlər aparılır.
Uşaq Kardiologiya şöbəsi
Şöbədə ana bətnində ürək xəstəliklərinin diaqnostikasının uğurla aparılması ilə körpə hələ ana bətnində olarkən anadangəlmə ürək xəstəliklərini aşkar etmək mümkündür. Yeni doğulan körpələrin ürəyi exokardioqrafiya üsulu ilə, qulaq ilə eşidilə bilməyən dalğa uzunluqlarında səs dalğaları sayəsində ana bətnində olan körpələrin ürək sağlamlığı “fetal exokardioqrafiya” ilə qiymətləndirilə bilər. Təcrübəli mütəxəssislər tərəfindən bu üsulun heç bir əks təsiri olmadığı qəbul edilmişdir. Bölməmizdə 0-16 yaş arası uşaqlarda fetal exokardioqrafiya ilə yanaşı aşağıdakı müayinələr də aparıla bilər:
- 12 kanallı səthi EKQ.
- Holter monitorinqi: ritm pozuntularını aşkar etmək üçün 24 saatlıq ambulator (ambulator, xəstəxanaya yerləşdirilmədən) EKQ tətbiq edilir.
- Hadisə qeyd cihazı: Aritmiya zamanı qeyd edən bu cihaz ritm pozğunluqlarını aşkar etmək üçün də istifadə olunur.
- Tilt-table testi: Uşaqlarda huşunu itirmə səbəblərini araşdırmaq üçün istifadə olunur.
- 2 ölçülü Doppler və Doppler Exokardioqrafiya: Ürəyin quruluşunu, ürəyi qidalandıran damarları və ürək divarlarındakı dəlikləri araşdırmaq üçün istifadə olunur. O, həmçinin ürək və ürək klapanlarının funksiyalarını qiymətləndirməyə kömək edir.
- Ürəyin kateterizasiyası (angioqrafiya).
Uşaq Psixi sağlamlığı və xəstəlikləri şöbəsi
Uşaq Psixi sağlamlığı və xəstəlikləri bölməsində uşaqların psixoloji davranışı və inkişafı qiymətləndirilir. Şöbənin məqsədi ailələrə uşaqlarının daxili dünyasını kəşf etmək yolunda onlara dəstək olmaqla daha xoşbəxt fərdlər yetişdirməkdə kömək etməkdir. Tədqiqat mövzularına fərdi psixoterapiya, qrup terapiyası, oyun terapiyası, ailə terapiyası, dərman müalicəsi, məktəblərə təhsil məsləhətləri, uşaqların psixoloji və zehni qiymətləndirmələri və cəmiyyət üçün profilaktik psixi sağlamlıq xidmətləri daxildir. Uşaqların məktəb çağında yaşayacaqları təhsil problemləri və uğursuzluqlarını qiymətləndirmək, diqqət çatışmazlığı, hiperaktivlik və öyrənmə çətinliyindən yaranan problemləri aşkar edib müalicə etmək üçün nəzərdə tutulmuşdur.
Uşaq Nevrologiya şöbəsi
Uşaq Nevrologiyası şöbəsində cəmiyyətimizdə tez-tez rast gəlinən öyrənmə qüsurları, qızdırmalı və ya qızdırmasız qıcolmalar, epilepsiya, diqqət çatışmazlığı, inkişaf geriliyi, hiperaktivlik, davranış pozğunluqları, əzələ və sinir xəstəlikləri, əqli gerilik (zehni gerilik) və/və ya çoxsaylı anadangəlmə anomaliyalar müayinə edilir və müalicə olunur və şöbə bu mövzularda istinad mərkəzi olaraq xidmət edir. Eyni zamanda serebral görüntüləmə üsulları, zəka testləri, video EKQ, EMQ, əzələ biopsiyası, sitogenetik və molekulyar testlər edilə bilər.
Uşaq Qastroenterologiya şöbəsi
Uşaq Qastroenterologiya bölməsində müxtəlif səbəblərdən yaranan qarın ağrısı, yeməklə əlaqəli və ya əlaqəsiz qarın ağrısı, uzun müddət davam edən qarın ağrısı, qaz, qarında şişkinlik, yemək yeməmək və ya udmaqda çətinlik, qusma, kökəlmə, boy artımının dayanması və ya geriləməsi, anemiya, tez-tez sulu və ya qanlı nəcis, çətin defekasiya, nəcis və sidik qaçırma, sarılıq, qaraciyər və dalaq böyüməsi, mədə qanaxması kimi pozuntuların və vəziyyətlərin diaqnostikası və müalicəsi aparılır.
Uşaq Nefrologiya şöbəsi
Bölmədə körpə və uşaqların sidik yolları və böyrək xəstəliklərinin müayinəsi və müalicəsi həyata keçirilir. Anadangəlmə və ya sonradan qazanılmış infeksiyalar, qanaxmalar, kistlər, şişlər, böyrək çatışmazlığı, hipertoniya, FMF (Ailəvi Aralıq dənizi qızdırması), böyrək və sidik yollarında daşlar bu bölmənin məsuliyyət sahəsinə daxildir.
Uşaq İnfeksiyaları şöbəsi
Uşaq yoluxucu xəstəliklərə uşaqlıq çağı səpgiləri, qızdırma və yoluxucu xəstəliklər, xəstəxana infeksiyaları, anadangəlmə infeksiyalar, yoluxucu hepatitlər, müxtəlif səbəblərdən müalicə nəticəsində və ya qazanılmış immun çatışmazlığı virusu (HİV virusu) nəticəsində immun sistemi zəif olan uşaqlarda inkişaf edən infeksiyalar daxildir. Bu xəstəliklərə uzun sürən qızdırma, vərəm və aşağı tənəffüs yollarının infeksiyaları, virus infeksiyaları və mərkəzi sinir sistemi infeksiyaları inkişaf etdirən uşaq və yeniyetmələrə müasir tibb yanaşmaların ünvanlandığı bir sahədir.
Uşaq Hematologiyası şöbəsi / sümük iliyi transplantasiyası mərkəzi (kök hüceyrə transplantasiyası)
Qan xəstəlikləri uşaqlıq dövründə həyati təhlükəsi olan xəstəliklər sırasındadır. Ölkəmizdə hər il minlərlə uşağa qan xərçəngi diaqnozu qoyulur. Sümük iliyi transplantasiyası tələb edən qan xəstəliklərinin, xüsusilə leykozların müvəffəqiyyətlə müalicəsi üçün erkən diaqnoz və düzgün müalicə planlaması böyük əhəmiyyət kəsb edir. Uşaqlıq çağı qan xəstəliklərinin müalicəsində və uşaq sümük iliyi transplantasiyasında müvəffəqiyyət qazanmağın ən mühüm yolu xəstələrin tam təchiz olunmuş infrastruktura və xidmət keyfiyyətinə malik mərkəzlərdə müalicəsidir.
Uşaq Onkologiya şöbəsi
Xərçəng uşaqlar arasında ikinci ən çox ölüm səbəbidir və ölkəmizdə hər il təxminən 3 min uşağa xərçəng diaqnozu qoyulur. Uşaqlıq xərçəngi diaqnozu qoyulan hər iki uşaqdan biri müalicə tapa bilmədiyi və ya gec diaqnoz qoyulduğu üçün dünyasını dəyişir. Uşaqlıq xərçənglərində uğur qazanmağın ən mühüm yolu bu xəstələrin tam təchiz olunmuş infrastruktura və xidmət keyfiyyətinə malik mərkəzlərdə müalicəsidir. Bütün uşaqlıq xərçənglərinin diaqnostikası və müalicəsi üçün uşaq onkologiyası mütəxəssisləri, uşaq cərrahları, ortopediya, neyrocərrahiyyə, göz, qulaq-burun-boğaz şöbələri, xüsusilə də şiş cərrahiyyəsi üzrə ixtisaslaşan həkimlər multidissiplinar şəkildə çalışırlar.
Uşaq Urologiya şöbəsi
Uşaq Urologiya şöbəsi böyrək, sidik kanalı (böyrək və sidik kisəsi arasındakı sidik kanalları), sidik kisəsi və sidik kanalı (sidik kisəsindən bədənin xaricinə daşındığı kanal) ilə məşğul olan mühüm tibbi şöbədir. Urologiya şöbəsində ixtisaslaşmış həkimlər tərəfindən diaqnoz qoyulan bu xəstəliklər müvafiq tibbi və müasir cərrahi texnologiyalardan istifadə etməklə uğurla müalicə olunur.
Allergiya şöbəsi
Allergiya şöbəsi astma, allergik rinit, allergik konyunktivit, allergik sinüzit, qida və dərman allergiyası kimi uşaqlıq dövründə görülən bütün allergik xəstəliklərin müayinəsi, diaqnostikası və müalicəsi aparılır. Allergik dəri testləri, tənəffüs funksiyası testləri, intradermal və sublingual immunoterapiya (peyvənd) mütəxəssis həkimlər tərəfindən aparılır.
Medera Hospitalın Pediatriya şöbəsində aşağıdakı xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir:
- Uşaqlarda fiziki inkişafdan qalma və artıq çəki problemləri
- Raxit
- Spazmofiliya
- Distrofiyalar
- Hipovitaminozlar
- Hipervitaminozlar
- Diatezlər
- Həzm sistemi xəstəlikləri: qastrit, mədə və 12 barmaq bağırsaq xorası, öd yolları diskineziyaları, xolesistit, pankreatit, kolit, enterit, helmintozlar, disbakterioz
- Tənəffüs sistemi xəstəlikləri: kəskin respirator xəstəliklər, bronxit, pnevmoniya, plevrit, bronxial astma, pollinoz və digər allergik problemlər
- Birləşdirici toxuma xəstəlikləri:revmatizm, revmatoid poliartrit, sistemli qırmızı qurd eşənəyi, dermatomiozit, düyünlü periarterit
- İfrazat sistemi xəstəlikləri: qlomerulonefrit, pieolnefri, nefrotik sindrom
- Nevroloji problemlər: uşaq və yeniyetmələrdə epilepsiya, epileptiform paroksizmlər, baş ağrıları, somnambulizm, tiklər, enurez, sinir sisteminin bətndaxili inkişaf qüsurları, uşaq serebral iflici, hiperaktivlik, diqqət zəifliyi sindromu
UŞAQLARIN PEYVƏND TƏQVİMİ
- 4-7 gün– Hep B, BCG, OPV
- 2 aylıqda-Hep B, OPV, GDT, Hib, PK
- 3 aylıqda–OPV, GDT, Hib
- 4 aylıqda–OPV, GDT, Hib, PK
- 6 aylıqda–Hep B, PK
- 12 aylıqda– QPM
- 18 aylıqda–OPV, GDT
- 6 yaşında–DT, QPM
QEYD:
- Hep B– hepatit B əleyhinə
- BCG– vərəm əleyhinə
- OPV– poliomielit əleyhinə
- GDT– göyöskürək, difteriya, tetanus əleyhinə
- Hib– haemophillus influenzae əleyhinə
- PK– pnevmokokk əleyhinə
- QPM– qızılca, məxmərək, epidemik parotit əleyhinə
- DT– difteriya, tetanus əleyhinə
Övladınızın vaksinasiya prosesini uğurla keçməsini istəyirsinizsə, aşağıdakl qaydalara riayət edin.
Vaksinasiya prosesindən əvvəl:
- Vaksinasiya prosesindən öncə övladınızı həkim müayinəsindən keçirərək onun tam sağlam olduğuna əmin olmalısınız.
- Diatezli və allergiyaya meyilli uşaqlara vaksinasiyadan əvvəl 3 gün ərzində həkim tərəfindən uşağınızın yaşına uyğun dozada təyin edilmiş, hər hansı bir desensibilizasiyaedici preparat içirin.
- Dərk edən uşaqlarınızı aldadaraq deyil, başa salaraq vaksinasiyaya gətirin. Təcrübə göstərir ki, aldadılaraq vaksinasiyaya gətirilən uşaqlar iynə vurularkən maksimal dərəcədə müqavimət göstərdikləri və manipulyasiya zamanı tərpəndikləri üçün yerli reaksiyalar onlarda daha çox özünü göstərir.
Vaksinasiya prosesi zamanı;
- Vaksinasiya olunarkən uşağınızın rahat və sakit uzanması və ya oturmasını təmin edin ki, vaksin yeridilərkən iynə tərpənməsin və əlavə yerli reaksiyalara səbəb olmasın.
- Vaksin yeridildikdən sonra onun yerini ovuşdurmayın!
- İnyeksiya yerinə leykoplastr yapışdırılanadək əl dəyilməsinə yol verməyin.
Vaksinasiya prosesindən sonra;
- İnyeksiyadan sonra 3 gün ərzində uşağınızı çimizdirməyin və iynə vurulan nayihəyə su dəyməməsinə çalışın.
- Bədən hərarətinə nəzarət edin. Əgər hərarəti yüksələrsə, həkim ilə əlaqə saxlayın.
- Vaksinasiya zamanı özünü “yaxşı aparan” uşaqlarınızı mükafatlandırmağı da unutmayın. Bu planlı vaksinasiyalar zamanı növbəti dozanı almaq üçün uşağınızın daha həvəslə gəlməsinə və proseduru daha rahat keçirməsinə şərait yaradır.
- İnyeksiya yerində qızartı, şişkinlik, istilik, və bərkimə kimi əlamətlər hiss edən zaman həmin nayihəyə birinci sutka ərzində yod qəfəsi çəkə bilərsiniz. Əlamətlər ikinci gün də davam edərsə, həmin nayihəni 95◦ spirtlə yuyun və 1:1 nisbətində qarışdırılmış məhlul ilə kompres qoyun. Kompresləri 2-4 saatdan bir dəyişin. Qızartı və şişkinlik 5 sm-dən çox olarsa, mütləq həkiminizə müraciət edin.
Şöbələr