KOSMETOLOGİYA – Medera Hospital

ÜNVANIMIZ

Bakı şəh. Əcəmi Naxçıvani 53

*992

Bizə zəng edin

KOSMETOLOGİYA

Kosmetologiya insanların xarici görünüşünə diqqət yetirməsi nəticəsində yaranmış bir elm sahəsidir. Müxtəlif tətbiq və üsullar sayəsində görünüş dəyişikliyi, baxım və təmizlik kimi əməliyyatlar həyata keçirilir. Bu, insanların özlərini daha yaxşı hiss etmələrinə kömək etməkdə mühüm rolu olan bir sahədir. Kosmetologiyanın əsas mövzusu dəridir. Qırışlardan və istənməyən tüklərdən xilas olmaq, bədən və cinsiyyət bölgəsi estetikası kosmetologiya sayəsində ən çox tələb olan mövzulardandır.

Kosmetologiya nədir?

İnsan dərisinin estetikası, təmizlənməsi və baxımı ilə bağlı bütün növ tibbi və kosmetik prosedurları özündə birləşdirən elm sahəsinə kosmetologiya deyilir. Kosmetologiya bu sahədə istifadə olunan məhsulları, preparatları və cihazları hazırlayır və onların istifadə üsullarını ortaya qoyur.

Epidermis, dırnaqlar, tüklər, ləkələr, saçlar, dodaqlar, xarici cinsiyyət orqanları və insan orqanizminin anadangəlmə estetik pozğunluqları kosmetologiyanın xidmət sahəsinə aiddir. Kosmetologiya ilə:

-Qırışlardan xilas olmaq,

-Bədəni və genital bölgəni istədiyiniz formada formalaşdırmaq,

-Hamar və parlaq dəriyə sahib olmaq rahat və tez əldə edilir.

Kosmetologiyanın əsası insan dərisi və estetikası olduğu üçün bu prosedurların mütəxəssis dermatoloqlar tərəfindən aparılması vacibdir. Mütəxəssis dermatoloqlar dərini ən yaxşı bilən, onun bütün funksiyalarını bilən, hər hansı kosmetik və ya hər hansı bir prosedurun dəridə hansı dəyişikliklərə səbəb ola biləcəyini, onun təsirləri və əks təsirlərini bilən insanlardır.

Kosmetologiya nəyi araşdırır?

Kosmetologiyanın əsasını dəri, saç və dırnaq sağlamlığı təşkil edir. Əsasən, dermatologiya ilə bir bütövlük təşkil edir. Dəri, saç və dırnaq sağlamlığı tibbi xəstəliklərdən çox onların estetik görünüşü ilə əlaqədardır. Onun maraq dairəsi bu mövzuda tətbiq ediləcək metodların, texnologiyaların və vasitələrin istifadəsi və inkişafıdır. Kosmetologiya ilə dəridəki qırışların düzəldilməsi, arıqlama, piylərin çıxarılması və epilyasiya kimi prosedurlar həyata keçirilir.

 Kosmetoloji fəaliyyət

  1. Yaşlanma əleyhinə üsullar: botoks, kimyəvi pilinq üsulu, dolğu və cavanlaşma
  2. Ləkə müalicəsi: günəş ləkəsi, doğum ləkəsi, sızanaqlar, yaralar və yanıqlar, kalluslar, ziyillər
  3. Həddindən artıq tərləmə müalicəsi
  4. Bölgəsəl arıqlama
  5. Dəriyə qulluq: Qırışların aradan qaldırılması, qaşların qaldırılması, burun dikləşməsi, dodaq dolğusu, yanaq dolğusu, dəri müalicəsi kimi fəaliyyətlər xəstələrə tətbiq edilə bilər.

Kosmetoloji tətbiqlər

Ən son texnoloji üsullar və cihazlar kosmetoloji tətbiqlərdə istifadə olunur. Keçmişlə müqayisədə daha sürətli, daha təhlükəsiz və ağrısız əməliyyatlar həyata keçirilir. Çox istifadə edilən kosmetoloji tətbiqlər aşağıdakılardır:

-Mezoterapiya: Bütün dünyada dərinin cavanlaşması, qocalma əleyhinə, bölgəsəl arıqlama, selülit, ləkələr, çapıqlar, saçların müalicəsi, kəskin və xroniki ağrılar, idman zədələri və müxtəlif dəri xəstəliklərinin müalicəsində istifadə olunur.

-Karbon pilinq: Karbon hissəcikləri üzə tətbiq edildikdən sonra Q-switched Nd-YAG lazeri ilə edilir. Ağrısız bir üsuldur. Xüsusilə dəri ləkələri və sızanaq izlərinin müalicəsində üstünlük verilir.

-P.R.P, “Platelet Rich Plasma” müalicəsi: Dərinin cavanlaşdırılması üsuludur. Bu üsulda insanın öz qanı xüsusi bir proseslə işlənir, trombositlərlə zənginləşdirilir və yenidən insana yeridilir.

-Lazer epilyasiyası: Arzuolunmaz tükləri çıxarmaq üçün istifadə edilən üsul və cihazın adıdır.

-Kimyəvi pilinq: Bu üsulda dərini canlandırmaq üçün xüsusi kimyəvi məhlullardan istifadə edilir. Sızanaqların, qara nöqtələrin, sızanaqlardan yaranan çapıqların, günəş yanığı, yanıq və yaşa bağlı qırışların, günəş, yaş və hamiləlik nəticəsində yaranan ləkələrin, çillərin müalicəsində istifadə olunur.

Hər bir tətbiqin yan təsirləri və fəsadları ola bilər. Bu səbəbdən hər hansı məqsədlə kosmetik müalicəyə gedəcəksinizsə öz sahəsində mütəxəssis olan təcrübəli həkimləri seçməlisiniz. Müalicənin həkimlə birlikdə aparılacağı mühit də çox önəmlidir. Nə qədər təchiz edilmiş və gigiyenik olduğunu yoxlamaq faydalıdır.

Comments are closed.