Hepatit C nədir?
Hepatit C xəstəliyin gec mərhələlərinə qədər səssiz qalan bir xəstəlikdir. Bu səbəbdən də ilkin mərhələdə xəstəliyə tutulmaq çox çətindir. Çünki, adətən asemptomatikdir və ya yorğunluq, halsızlıq, həzmsizlik kimi bir çox xəstəlikdə görülə bilən simptomlar göstərir.
Hepatit C necə ötürülür?
Hepatit C qan vasitəsilə insandan insana keçir. Qan və narkotik vasitələrdən istifadə edənlərdə daha çox rast gəlinir. Ölkəmizdə narkotikdən istifadə çox olmadığından qan bankları donor olaraq aldıqları qan üzərində hepatit C araşdırması aparır, birdəfəlik iynələr və tibbi ləvazimatlar istifadə olunur. Bu səbəbdən də çirklənmə azalıb. Xəstəliyin cinsi əlaqə yolu ilə keçib-keçməməsi mübahisəli məsələdir.Çox partnyorun olmasının Hepatit C riskini artırdığı qəbul edilir . Hepatit C evdə, işdə və digər sosial təmaslar zamanı (məsələn, əl sıxmaq, öpüşmək) ötürülmür .
Hepatit C diaqnozu necə qoyulur?
Hepatit C digər hepatitlərdən fərqli olaraq, adətən sarılığa səbəb olmur. Bu səbəbdən xəstəliyi ilkin mərhələdə tanımaq çox çətindir. Hepatit C olan insanların 30 faizi tamamilə sağalır. 70 faiz hallarda xəstəlik xroniki olur. Xroniki xəstələrin 20-30 faizində siroz inkişaf edə bilər. Onların 1-2 faizində qaraciyər xərçəngi yarana bilər. Lakin bu inkişaflar uzun illər ərzində baş verir. Xəstəliyin ilkin mərhələsindən sonra orta hesabla yalnız 10 ildən sonra xroniki hala keçdiyini görmək olar. Sirozun inkişaf müddəti təxminən 20 il, qaraciyər xərçənginin inkişaf müddəti isə təxminən 30 ildir. Beləliklə, Hepatit C yavaş inkişaf edən bir xəstəlikdir. Spirtli içki qəbul edən 40 yaşdan yuxarı kişilərdə sirozun inkişaf riski daha yüksəkdir.
Hepatit C necə müalicə olunur?
Hepatit C erkən aşkarlandıqda sağalma şansı yüksək olur. Bu xəstələr tez-tez başqa səbəblərdən müayinə olunduqda və ya qan verəndə aşkarlanır və xəstəliyin hansı mərhələsində olduğu bilinmir. Xəstəliyin gedişatını izləmək üçün bir sıra testlər və zəruri hallarda qaraciyər biopsiyası aparılmaqla qiymətləndirilir. Bu tapıntılara görə alınacaq ehtiyat tədbirləri və aparılacaq müalicələr planlaşdırılır.
Hepatit C xəstəliyindən necə qorunmaq olar?
Bu mövzuda araşdırmalar davam edir. Xəstəlikdən qorunmaq üçün ümumi təmizlik qaydalarına riayət etmək, başqalarının istifadə etdiyi iynə və ülgüc kimi materiallardan istifadə etməmək alına biləcək ehtiyat tədbirləridir.