Suçiçəyi xəstəliyinin əlamətləri və müalicəsi necədir?

Suçiçəyi xəstəliyinin əlamətləri və müalicəsi necədir?

Suçiçəyi kəskin yoluxucu xəstəlikdir. Bu, herpesvirus qrupunun üzvü olan DNT virusu olan varicella-zoster virusu (VZV) tərəfindən törədilir. Kiçik, maye ilə dolu səpkilərlə qaşınma yaradır. Suçiçəyi xəstəliyi keçirməmiş və ya suçiçəyi peyvəndi olmamış insanlara çox asanlıqla yayılır. Əvvəllər suçiçəyi geniş yayılmış problem idi, lakin bu gün peyvənd uşaqları bu xəsəlikdən qoruyur. Suçiçəyi peyvəndi bu xəstəliyin və xəstəlik zamanı baş verə biləcək digər sağlamlıq problemlərinin qarşısını almaq üçün təhlükəsiz bir yoldur.

Suçiçəyi xəstəliyinin simptomları

Suçiçəyinin səbəb olduğu səpgi varicella-zoster virusuna məruz qaldıqdan 10-21 gün sonra görünür. Səpgilər təxminən 5-10 gün davam edir. Səpgidən 1-2 gün əvvəl görünə bilən digər simptomlar bunlardır:

  • Hərarət.
  • İştahsızlıq.
  • Baş ağrısı.
  • Yorğunluq və ümumi halsızlıq hissi.

Suçiçəyi səpgisi yarandıqdan sonra üç mərhələdən keçir:

  • İlk günlərdə qırmızı ləkələr əmələ gəlir.
  • Bir neçə gün ərzində ortaya çıxan kiçik maye ilə dolu papillər adlanan qabarcıqlar əmələ gəlir.
  • Daha sonra isə artıq sağalma mərhələsində papillər qartmaqlara çevrilir və rəngi solaraq yoxa çıxır.

Səpgi görünməzdən 48 saat əvvəl virusu digər insanlara yaya bilərsiniz və virus bütün papillər qabıqlanana qədər yoluxucu olaraq qalır. Sağlam uşaqlarda xəstəlik əsasən yüngül keçir. Ancaq bəzən səpgi bütün bədəni əhatə edə bilər. Boğazda və gözlərdə səpgilər əmələ gələ bilər. Onlar həmçinin uretranın, anusun və vaginanın içərisini əhatə edən toxumada meydana gələ bilərlər.

Nə vaxt həkimə müraciət etmək lazımdır?

Əgər sizdə və ya uşağınızda suçiçəyi ola biləcəyini düşünürsünüzsə həkimə mütləq müraciət edin. Çox vaxt suçiçəyi səpgi və digər simptomların müayinəsi ilə diaqnoz edilə bilər. Virusla mübarizə aparmağa və ya suçiçəyi səbəbiylə baş verə biləcək digər sağlamlıq problemlərini müalicə etməyə kömək edən dərmanlara ehtiyacınız ola bilər.

Suçiçəyi xəstəliyinin yaranma səbəbləri

Varicella-zoster adlı virus suçiçəyi xəstəliyinə səbəb olur. Səpgi ilə birbaşa təmasda yayıla bilər. Suçiçəyi xəstəliyi ösgürmə və asqırma hallarında da hava-damcı üsulu ilə yoluxmalara səbəb ola bilər.

Suçiçəyi xəstəliyinin risk faktorları

Suçiçəyinə səbəb olan virusa yoluxma riskiniz, əgər siz hələ də suçiçəyi xəstəliyinə tutulmamısınızsa və ya suçiçəyi peyvəndi olmamısınızsa daha yüksəkdir. Uşaq baxımı və ya məktəb mühitində işləyən insanların peyvənd edilməsi çox vacibdir. Suçiçəyi keçirmiş və ya peyvənd olunmuş insanların əksəriyyəti suçiçəyi xəstəliyinə qarşı immunitetlidir. Əgər peyvənd olunmusunuzsa və yenə də suçiçəyi xəstəliyinə tutulmusunuzsa simptomlar daha yüngül olur. Daha az qabarcıq və səpgilər, yüngül qızdırma ola bilər. Bir  insan bir dəfədən çox suçiçəyi xəstəliyinə tutula bilər, lakin bu nadir haldır.

Suçiçəyi xəstəliyinin fəsadları

Suçiçəyi əslində yüngül bir xəstəlikdir. Ancaq ciddi hallar da yaşana bilər və digər sağlamlıq problemlərinə səbəb ola bilər:

  • Bədənin su və digər mayelərlə çox az təmin olunması zamanı bədəndə su çatışmazlığı
  • Pnevmoniya, bir və ya hər iki ağciyərin xəstəliyi
  • Toksik şok sindromu, bakteriyaların yaratdığı bəzi xəstəliklərin təhlükəli bir komplikasiyası
  • Reye sindromu, beyin və qaraciyərdə şişkinliyə səbəb olan bir xəstəlikdir. Bu suçiçəyi zamanı aspirin qəbul edən uşaqlarda və yeniyetmələrdə baş verə bilər

Çox nadir hallarda suçiçəyi ölümlə nəticələnə bilər.

Kimlər risk altındadır?

Suçiçəyi ağırlaşmaları riski yüksək olan insanlara aşağıdakılar daxildir:

  • Yenidoğulmuşlar və anaları heç vaxt suçiçəyi və ya peyvəndi olmayan körpələr. Buraya həmçinin, peyvənd olunmamış 1 yaşdan kiçik uşaqlar da aiddir
  • Yeniyetmələr və böyüklər.
  • İmmunitet sisteminə təsir edən dərman qəbul edən xərçəng və ya HİV xəstələri .

Suçiçəyi xəstəliyinin müalicəsi

Suçiçəyinə tutulmuş şəxslər əsasən müalicə prosedurunu həkimin tətbiq etdiyi lasyon və kremləri istifadə etməklə davam etdirə bilərlər. Xəstəlik ağır vəziyyətdə keçirilmirsə həkim qaşınmanı  aradan qaldıran vasitələr və qızdırma salıcı preparatlar tətbiq edə bilər. Eyni zamanda ən çox soruşulan suallardan birinə cavab olaraq qeyd etmək olar ki, suçiçəyi xəstəliyinə yoluxmuş şəxslər duş qəbul edə bilərlər.

Oxşar xəbərlər